Səfərdə 200-cü qol, Dabo 7-ci, Bezotosnı 4-cü oldu

20.11.2017 | 5664 dəfə oxunub

Baqali Dabo Azərbaycan Premyer Liqasının 12-ci turunun “Neftçi” ilə oyunda “Qəbələ”nin heyətində 17-ci qolunu vurub.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki,  o, “qırmızı-qara” formada keçirdiyi 43-cü matçda buna nail olub. Hücumçu orta hesabla hər matçda 0.40 qola imza atıb.

Dabo bu qolla “Qəbələ”nin tarixində ən çox fərqlənən futbolçuların siyahısında Filip Ozobiç və Yannik Kamanana çatıb. Hərəyə 17 top vuran bu oyunçular bombardirləriin siyahısında 7-9-cu yerləri bölüşürlər. Lakin Baqali digərlərindən daha az oyunda bu qədər qol vurub. Filip 53, Yannik 68 matç keçirib.

“Neftçi” ilə oyunda vurulan sonuncu qol da “Qəbələ” üçün əlamətdar olub. Komandaya 3:2 hesablı qələbə qazandıran top “qırmızı-qaralar”ın Premyer Liqada səfərdə vurduğu 200-cü qol olub. 2006-cı ildən yüksək liqada mübarizə aparan “Qəbələ” 200-cü qolunu 174-cü matçda vurub. Səfər oyunlarındakı orta məhsuldarlıq 1.15-ə bərabərdir. Rəqib meydanlarında vurulan 200-cü qolun müəllifi isə Stiven Monroz olub.

Bu görüşdən sonra Dmitri Bezotosnı “Qəbələ”nin heyətində ən çox oyun keçirən futbolçular siyahısında 4-cü pilləyə yüksəlib. “Neftçi” ilə görüş ukraynalı qapıçının “qırmızı-qara” formada 123-cü matçı olub. Bununla da Dmitri 122 matç keçirən Samir Zərgərovu arxada qoyub. Yalnız üç oyunçudan – Ürfan Abbasov (169), Dodo (161) və Viktor Mendidən (127) geri qalan qolkiper mövsümün sonunadək daha bir pillə irəliləmək imkanına malikdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail