İlham Əliyev FİFA prezidenti ilə görüşdə nələrdən danışıb?

21.11.2017 | 815 dəfə oxunub

Azərbaycan prezidenti İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantinonu və təşkilatın baş katibi Fatma Samouranı qəbul edib.

Stadium.Az xəbər verir ki, FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlişindən və dövlət başçısı ilə görüşündən məmnunluğunu bildirib.

O, Bakının FIFA İcraedici Futbol Sammitinin keçiriləcəyi dünyanın 12 şəhərindən biri seçilməsinin və ilk sammitin paytaxtımızda keçirilməsinin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Bakıda keçiriləcək FIFA İcraedici Futbol Sammitinin önəmini qeyd edib və bu tədbirin çox uğurlu olacağına əminliyini bildirib. FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın Azərbaycana səfərini mühüm hadisə kimi qiymətləndirən dövlət başçısı azərbaycanlı futbol azarkeşlərinin bu səfərdən sevinc hissi keçirdiklərini vurğulayıb və qeyd edib ki, bütün bunlar Azərbaycanın dünya futbol ailəsində özünəməxsus yerə malik olduğunu göstərir. Ölkəmizdə idmanın inkişafına toxunan dövlət başçısı bildirib ki, futbol Azərbaycanda prioritet sahələrdən biridi.

İdmanın bu növünün inkişafı ilə bağlı xüsusi proqramın qəbul edildiyini vurğulayan prezident İlham Əliyev Bakıda, eləcə də Azərbaycanın digər şəhərlərində müasir tələblərə cavab verən xeyli sayda stadionun inşa edildiyini və bu gün futbolun inkişafı üçün ölkəmizdə bütün lazımi infrastrukturun tam şəkildə yaradıldığını qeyd edib. Ölkəmizdə futbola olan marağın və azarkeşlərin sayının durmadan artdığını deyən dövlət başçısı bildirib ki, futbol üzrə Azərbaycan milli komandası və klublar daha yaxşı oyun nümayiş etdirir və bu sahədə daha çox uğurların və qələbələrin qazanılmasına ümidvarıq. Prezident İlham Əliyev əminliklə bildirib ki, FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın ölkəmizə səfəri Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığı işinə də öz töhfəsini verəcək.

FIFA prezidenti Canni İnfantino isə qeyd edib ki, Azərbaycan, sözün əsl mənasında, futbol ölkəsidi:

“Mən hələ FIFA prezidenti olmamışdan öncə UEFA-da çalışdığım dövrdə biz AFFA ilə birgə əməkdaşlıq etmişik. Biz hələ o zaman irəliyə baxaraq Azərbaycanla birgə layihələr üzərində düşünürdük. Mən və baş katib Fatma Samoura Azərbaycanda ümumilikdə futbolun və futbol hərəkatının inkişafının şahidiyik. Siz artıq 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsini Bakıda təşkil etmisiniz”.

Canni İnfantino Bakının AÇ-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən biri olmasının əhəmiyyətini qeyd edib. O bildirib ki, ölkəmizdə futbol infrastrukturunun yaradılmasına və uşaq futboluna böyük önəm verilməsi Azərbaycanda futbolun inkişafına gətirib çıxarıb. Canni İnfantino, eyni zamanda, bildirib ki, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı Azərbaycanda futbolun inkişafının nəticəsidi. Canni İnfantino futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” futbol klubunun uğurlar qazandığını vurğulayıb və AFFA-nın fəaliyyətinin bir çox ölkələr üçün nümunə olduğunu qeyd edib.

Sonra Canni İnfantino FIFA-nın xatirə hədiyyələrini Azərbaycanın dövlət başçısına təqdim edib. (affa)

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.02.2018

18.02.2018

22:42  Qra Qarayev: "Vallah, təklif yoxdu" - MÜSAHİBƏ

16:54  "Səbail" - "Qarabağ" - HEYƏTLƏR

14:43  "Kəpəz" - "Keşlə" - HEYƏTLƏR

13:57  "Cenoa" - "İnter" - 2:0 VİDEO

17.02.2018

17:40  "Sumqayıt" - "Neftçi" - HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Qarabağ 16 13 2 1 26:6 41  
2. Qəbələ 16 11 2 3 30:15 35  
3. Zirə 16 9 4 3 25-14 25  
4. Sumqayıt 16 7 3 6 20:18 24  
5. Neftçi 16 6 1 9 18-18 19  
6. Səbail 16 4 2 10 10-23 14  
7. Keşlə 16 3 3 10 11:25 12  
8. Kəpəz 16 2 1 13 10-31 7  
18.02Kəpəz 0-1Keşlə
18.02Səbail 0-1Qarabağ
17.02Qəbələ 2-1Zirə
17.02Sumqayıt 2-0Neftçi
24.02Neftçi -Zirə
24.02Səbail -Qəbələ
25.02Keşlə -Sumqayıt
25.02Qarabağ -Kəpəz