Konte: "İşimiz çətin olacaq"

21.11.2017 | 1461 dəfə oxunub

“Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”la oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox diqqətli olmalıyıq. Rəqibimiz “Atletiko”dan 2 xal alıb. "Roma”da burdakı görüşdə çox çətinlik çəkib. Sabah meydana qələbə üçün çıxacağıq. Bunu bacarsaq, növbəti mərhələyə adlayacağıq.

- 10 ballıq şkala ilə dəyərləndirsəniz, “Çelsi” ilə “Qarabağ”a hansı qiyməti verərsiniz?

- “Qarabağ” yaxşı komandadı. Topa nəzarət etməyi xoşlayır. İşimiz çətin olacaq.

- Sabah “Qarabağ”a məğlub olsanız, saqqalınızı Bakıda, yoxsa Londonda qırxdıracaqsınız?

- Önəmli olan saqqalım yox, komandamın qələbə qazanıb, növbəti mərhələyə vəsiqə qazanmasıdı. Saqqal saxlamaq çətin məsələdi, ilk dəfədi bunu edirəm.

- İki il əvvəl İtaliya yığmasının “sükanı arxası”nda olarkən məhz bu stdionun açılış matçında önəmli qələbə qazanmışdınız. Arenanın yenə sizin üçün düşərli olacağına inanırsınız?

- Eyni nəticəni qazanmaq istəyərəm. Həmin qələbə İtaliya millisini Avropa çempionatına daşıdı. O görüşdə də Azərbaycan yığmasına qarşı çətinlik çəkdik. Azərbaycanda futbolun səviyyəsi artmaqdadı. Sabah da olduqca diqqətli olmalıyıq.

- “Qarabağ” və “Liverpul”la iki önəmli matça çıxacaqsınız. Sizcə, bu həmin matçlardı ki, səhv etmək haqqınız yoxdu?

- Biz “Mançester Siti” ilə oyundan əvvəl də “Atletiko” ilə qarşılaşmışdıq. Yenə eyni problem təkrarlanacaq. “Qarabağ”la sabahkı matçdan sonra uzun yol qət edib, Londona qayıdacağıq. “Liverpul” ilə bu gün oyun keçirəcək. Bizim üçün bərpa prosesi çətn olacaq. Təqvimi müəyyən edənlər diqqətli olmalıdılar. Bunları bəhanə etmirəm. Amma reallıq budu.

- “Liverpul”la görüşü nəzərə alıb, sabahkı matçda heyətdə dəyişiklik etməyi düşünürsünüzmü?

- Rotasiyanın tətbiqi normaldı. Nəzərə alsaq ki, 3 gündən bir oynayırıq, bu rotasiya mütləq olmalıdı. Ancaq bizim üçün ən önəmli oyun “Qarabağ”dı. Sabah qələbə qazansaq, “Atletiko” ilə görüşdə buna ehtiyac qalmaycaq.

- 6:0 hesablı qələbədən sonra futbolçuları sabahkı qarşılaşmaya kökləmək çətin olmayıb?

- Xeyr. Rəqib “Atletiko” kimi komandadan 2 matçda heç-heçə edib. Hörmət etməli olduğumuz rəqibdi. Sabahkı matça da tam köklənə bilmişik.

- Təqvimlə bağlı Premyer Liqa rəhbərliyinə şikayət etmisiniz?

- İradım təkcə bizim komandamız üçün yox, Premyer Liqanın bütün komandaları üçündü. Uzun müddətdi ingiltərə klubları Çempionlar Liqasında finala çıxa bilmirlər. Sadəcə, təqvimi müəyyənləşdirənlər bizə hörmətlə yanaşmalıdılar ki, işimizi rahat görə bilək.

- “Mançester Yunayted”lə görüşdə sistemi dəyişdiniz və qələbə qazandınız. Bunu növbəti matçda da tətbiq edəcəksiniz, yoxsa rəqibə görə dəyişir?

- Bəzi oyunlarda dəyişikliklər önəmlidi. Komanda ən azı 2 sistemlə oynamağı bacarmalıdı. Əsas komandanın oyun prinsipini itirməməsidi.

- Eden Azar son görüşdə yüngül zədələnmişdi. O, növbəti matçda iştirak edəcək?

- Azar zədəli deyil, hazırdı. Bizdə zədəli olan oyunçular Mişi Batşuayi, Kenedi Musonda və Viktor Mozesdi.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2018

20.02.2018

23:09  "Bavariya" - "Beşiktaş" - HEYƏTLƏR

23:07  "Çelsi" - "Barselona" - HEYƏTLƏR

19.02.2018

18.02.2018

22:42  Qra Qarayev: "Vallah, təklif yoxdu" - MÜSAHİBƏ

16:54  "Səbail" - "Qarabağ" - HEYƏTLƏR

14:43  "Kəpəz" - "Keşlə" - HEYƏTLƏR

13:57  "Cenoa" - "İnter" - 2:0 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 16 13 2 1 26:6 41  
2. Qəbələ 16 11 2 3 30:15 35  
3. Zirə 16 9 4 3 25-14 25  
4. Sumqayıt 16 7 3 6 20:18 24  
5. Neftçi 16 6 1 9 18-18 19  
6. Səbail 16 4 2 10 10-23 14  
7. Keşlə 16 3 3 10 11:25 12  
8. Kəpəz 16 2 1 13 10-31 7  
18.02Kəpəz 0-1Keşlə
18.02Səbail 0-1Qarabağ
17.02Qəbələ 2-1Zirə
17.02Sumqayıt 2-0Neftçi
24.02Neftçi -Zirə
24.02Səbail -Qəbələ
25.02Keşlə -Sumqayıt
25.02Qarabağ -Kəpəz