Yunis Hüseynov "Kəpəz"ə təqdim edildi

21.11.2017 | 352 dəfə oxunub

Bu gün “Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynov Bakıda komanda üzvlərinə təqdim olunub. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, məşq prosesindən öncə keçirilən iclasda klubun icraçı direktoru Elnur Camalxanov baş verən dəyişikliklərdən bəhs edib.

Daha sonra Hüseynovu komanda üzvlərinə təqdim edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Klub rəsmisi təcrübəli məşqçiyə inandıqlarını və onun “Kəpəz”i düşdüyü çətin vəziyyətdən çıxaracağına ümid etdiklərini bildirib.

Baş məşqçi postuna təyinat alan Yunis Hüseynov isə çıxışında klub rəhbərliyinə etimada görə təşəkkürünü çatdırıb. O, komandanın hazırkı durumundan danışaraq səylə çalışmalı olduqlarını vurğulayıb. Hüseynov futbolçular, məşqçilər korpusu, texniki heyət, klub rəhbərliyi və azarkeşlərin birgə səyi nəticəsində bu vəziyyətdən çıxa biləcəklərinə inamını ifadə edib.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

11.12.2017

01:43  "Ayaks" - PSV 3:0 VİDEO

10.12.2017

15:13  "Zirə" - "Neftçi" - HEYƏTLƏR

13:21  "Keşlə" - "Kəpəz" - HEYƏTLƏR

12:22  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:38  PSJ - "Lill" - 3:1 VİDEO

09.12.2017

13:02  Ramil Şeydayev: "Bilmirəm" - MÜSAHİBƏ

12:33  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

08.12.2017

19:21  Rauf Əliyev "Sumqayıt"da? - ÖZƏL

18:46  "Səbail" - "Qarabağ" - HEYƏTLƏR

12:43  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Qarabağ 13 11 1 1 23:6 34  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 13 4 1 8 9-19 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ