"Qarabağ" azarkeşlərə müraciət ünvanladı

21.11.2017 | 934 dəfə oxunub

Çempionlar Liqasının qrup mərhələsinin V turunda Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək “Qarabağ” azarkeşlərə müraciət ünvablayıb.

Stadium.Az xəbər verir ki, rəsmi saytı vasitəsilə fanatlarına səslənən Ağdam təmsilçisi onların oyuna gəliş və gediş zamanı çətinlik çəkməmələri üçün tövsiyələr verib.

Azarkeşlərdən xahiş olunub ki, girişdə qarışıqlıq yaşamamaq üçün arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən istifadə edilsin.

Çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır. İctimai dayanacaqla bağlı N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir.

Heydər Əliyev prospektində yerləşən ictimai dayanacaq oyundan 3 saat əvvəl açıq olacaq.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.02.2018

18.02.2018

22:42  Qra Qarayev: "Vallah, təklif yoxdu" - MÜSAHİBƏ

16:54  "Səbail" - "Qarabağ" - HEYƏTLƏR

14:43  "Kəpəz" - "Keşlə" - HEYƏTLƏR

13:57  "Cenoa" - "İnter" - 2:0 VİDEO

17.02.2018

17:40  "Sumqayıt" - "Neftçi" - HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Qarabağ 16 13 2 1 26:6 41  
2. Qəbələ 16 11 2 3 30:15 35  
3. Zirə 16 9 4 3 25-14 25  
4. Sumqayıt 16 7 3 6 20:18 24  
5. Neftçi 16 6 1 9 18-18 19  
6. Səbail 16 4 2 10 10-23 14  
7. Keşlə 16 3 3 10 11:25 12  
8. Kəpəz 16 2 1 13 10-31 7  
18.02Kəpəz 0-1Keşlə
18.02Səbail 0-1Qarabağ
17.02Qəbələ 2-1Zirə
17.02Sumqayıt 2-0Neftçi
24.02Neftçi -Zirə
24.02Səbail -Qəbələ
25.02Keşlə -Sumqayıt
25.02Qarabağ -Kəpəz