Mahir Mədətov: "Forma dəyişmirəm, çünki anam yığır"

23.11.2017 | 1865 dəfə oxunub

“Qarabağ”ın hücumçusu Mahir Mədətov Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 


- Hadisələrin bu cür cərəyan edəcəyini gözləmirdik. Oyuna yaxşı başlamışdıq, amma sonra hər şey dəyişdi.

- Yenə Çempionlar Liqasının oyunu, yenə qırmızı vərəqə. Rəşad fasilədə epizodla bağlı nəsə dedi?

- Penalti epizodu ilə bağlı heç nə deyə bilmərəm. Əgər penalti var idisə də, hakim qırmızı vərəqə göstərməməliydi. Çox ağır qərar oldu.
 
- Bəs ikinci hissədə nə baş verdi? Yorğun idiniz, yoxsa sistem pozuldu?

- “Çelsi” kimi komandaya qarşı oynamaq asan deyil. Ola bilər ki, müəyyən dəqiqədən sonra komandada yorğunluq yarandı.
 
- Qurban Qurbanov birinci penaltidən sonra oyunçuları yanına çağırdı. Bir anlıq düşündük ki, komandanı meydandan çıxarmaq istəyir. Hətta Şehiç də gəlirdi. Həmin vaxt nə dedi sizə?

- Meydanda 10 nəfərlə qaldığımızdan bizə motivasiya verməyə çağırmışdı. Diqqətli olmağımızı tapşırdı. Bizi kənara çağırması sırf bununla bağlı idi 


- Oyundan sonra epizodun təkrarına baxdın? Səncə, penalti var idi?

- Kimi deyir var, kimi deyir yoxdu. Cürbəcür fikirlər səslənir. Mən özüm epizoda baxmamışam.
 

- Bir ara “Çelsi”nin paltardəyişmə otağına yaxınlaşdın…

- Qapıçımız Anton Konibolotski orda idi. Ona yaxınlaşmışdım.
 

- Yəni, forma dəyişdirmək istəmirdin…

- Xeyr, ona görə rəqibin otağına yaxınlaşmamışdım. Formamı dəyişmirəm, çünki evdə anam yığır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

15.08.2018

01:02  BATE - "Qarabağ" 1:1 VİDEO

14.08.2018

22:48  "Qarabağ" ÇL-la vidalaşdı - YENİLƏNİB

01:19  BATE - "Qarabağ" - HEYƏTLƏR

13.08.2018

12.08.2018

20:22  "Keşlə" - "Sabah" - HEYƏTLƏR

18:31  "Qəbələ" - "Səbail" - HEYƏTLƏR

11.08.2018

19:16  "Sumqayıt" - "Neftçi" - HEYƏTLƏR

01:08  "Marsell" - "Tuluza" 4:0 VİDEO

10.08.2018

15:54  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Kəpəz 0 0 0 0 0 0  
2. Zirə 0 0 0 0 0 0  
3. Səbail 0 0 0 0 0 0  
4. Keşlə 0 0 0 0 0 0  
5. Qarabağ 0 0 0 0 0 0  
6. Qəbələ 0 0 0 0 0 0  
7. Sumqayıt 0 0 0 0 0 0  
8. Neftçi 0 0 0 0 0 0  
26.09Qarabağ ---Zirə
12.08Qəbələ ---Səbail
12.08Keşlə ---Kəpəz
11.08Sumqayıt ---Neftçi
19.04Neftçi -Qəbələ
18.08Səbail -Qarabağ
18.08Qarabağ -Keşlə
19.08Kəpəz -Sumqayıt