Yunis Hüseynov: "...həyacanlı deyiləm"

25.11.2017 | 5115 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi postunda Gəncədə debüt edəcəyim üçün həyacanlı deyiləm. Çünki mənim üçün doğma yerə, evimə gəlmişəm. Son günlərdə verdiklərə dəstəyə görə azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Onlara səslənib "Qəbələ" ilə oyunumuza dəvət edirəm. Stadiona gəlib komandaya azarkeşlik etmələrini istəyirik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in yeni baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqanın 13-cü turunda "Qəbələ" ilə oyun öncəsi klubun saytına deyib.

O, komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib: "Kəpəz"i yeni qəbul etmişəm, cəmi 4 məşq keçmişik. Görürəm ki, əhval-ruhiyyə yaxşıdır. Amma itkilərimiz var. Cəza və zədə səbəbindən bəzi futbolçular bizə kömək edə bilməyəcəklər. Onların yoxluğu komandaya çətinlik yaradacaq. Futbolçuların əhval-ruhiyyəsindən hiss edirəm ki, komanda yaxşı nəticə əldə edəcək. Bizim fikrimiz qalib gəlməkdir. Uşaqlar da vəziyyəti yaxşı başa düşürlər. Oyunçular mübarizə keyfiyyətlərini ortaya qoyub, yaxşı çıxış etməlidirlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail