Samir Əliyev: "Zirə” bizi istənilən kompenentlərdə üstələyirdi"

04.12.2017 | 4979 dəfə oxunub

“Səbail”in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının 14-cü turunda "Zirə"yə uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Öz meydanımızda ilk oyunumuz olduğu üçün qələbə qazanmaq istəyirdik. “Zirə” bizi istənilən kompenentlərdə üstələyirdi. Belə deyək, səviyyə fərqi açıq-aşkar hiss olunurdu. Hesaba baxmayaraq, rəqibdən hər cəhətdən geri qaldıq.

- Jaskis bu gün çox zəif oynadı. Onun komandadakı gələcək taleyi necə olacaq?

- İndi bu barədə heç nə deyə bilmərəm. Qış fasiləsində bütün qərarlarımı açıqlayacağam.

- "Səbail"i neçə futbolçu tərk edəcək?

- Gedənlər olacaq, amma bunu indi açıqlamayacağam. Qarşıdakı oyunlar var və bundan sonra gedənlərin sayını biləcəksiniz. Düzdü, heyətimizi gücləndirmək və daha səviyyəli fubolçularla gücləndirmək üçün çalışırıq.

- Komanda gözlədiyiniz yerdədir?

- Bu barədə heç düşünməmişdik. Kimləri heyətə cəlb edə bilirdiksə, etdik. Məqsədimiz qapazaltı olmamaq idi. Hansı yer tutmaq barədə düşünmürdük.

- Bu gün komandanın nəticlərini qənaətbəxş saymaq olar?

- Bu gün “Kəpəz”i, “Keşlə”ni üstələyiriksə, qənaətbəxş saymaq olar. Əsas məqsədimiz Premyer Liqada qalmaqdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail