"Sumqayıt"da yubiley

05.12.2017 | 4004 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XIV turunun “Kəpəz”lə səfər matçında vurulan son qol “Sumqayıt” üçün tarixi əhəmiyyət kəsb edib.

Stadium.Az xəbər verir ki, 3:0 hesablı qələbə qazanan “Gənlik şəhəri” təmsilçisi bununla da Premyer Liqada vurduğu qolların sayını 200-ə çatdırıb. Yubiley qolunun müəllifi Cavid İmamverdiyev olub. Onun 68-ci dəqiqədə vurduğu top klub tarixində 200-cü Premyer Liqa qoludur.

Yubiley qolunu 210-cu matçında qeyd edən “Sumqayıt” 7-ci mövsümündə bu rəqəmə çatıb: 2011/12 – 27, 2012/13 – 31, 2013/14 – 27, 2014/15 – 29, 2015/16 – 41, 2016/17 – 28, 2017/18 – 17. Klubun yüksək dəstədəki orta məhsuldarlığı 0,95-ə bərabərdir.

“Sumqayıt” Premyer Liqa tarixində 200 və daha çox qol vuran 20-ci komandadır. “Gənclik şəhəri” təmsilçisi bu toplardan 109-nu evdə, 91-ni səfərdə rəqib qapısından keçirib.

1-ci qol

2011/12 mövsümü. 06.08.2011. “Xəzər Lənkəran” – “Sumqayıt Şəhər” – 2:1

Eşqin Quliyev, 85

100-cü qol

2014/15 mövsümü. 14.12.2014. “Neftçi” – “Sumqayıt” – 3:2

Orxan Əliyev, 63

200-cü qol

2017/18 mövsümü. 02.12.2017. “Kəpəz” – “Sumqayıt” – 0:3

Cavid İmamverdiyev, 68



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail