Rəşad Sadıqov: "Çatışmayan çox şey var" - MÜSAHİBƏ

05.12.2017 | 4055 dəfə oxunub

"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Gənclər Liqasının qrup mərhələsində "Roma" ilə keçirdikləri son tur matçından (0:3) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Son oyuna çıxdıq. Qrupdan çıxmaq şansımız yox idi. Yaxşı oyun sərgiləyərək, qrupu yaxşı nəticə ilə bitirmək istəyirdik. Nə isə alındı, nə isə yox. Nəticədə qapımıza vurulan 3 qolla barışmalı olduq. Amma buradan daha yaxşı nəticə ilə ayrılmaq istərdik. 

Bu, aydın məsələdir və hamımız bilirik. Ancaq hər bir oyunda qırılma nöqtəsi oldu. Oturub bütün matçları analiz eləsək, görərik ki, pis keçməyən oyunun müəyyən anında qopurduq və bu, bizə baha başa gəlirdi. Və ya hansısa standart vəziyyətdən qol buraxdıq. Düşünürəm ki, bir az daha yaxşı nəticə göstərə bilərdik. Uşaqların azca təcrübəsi olsaydı, heyətlə daha çox işləmək imkanımız olsaydı nəsə göstərə bilərdik. Heyət son anda yığıldı və 8-9 nəfər yeni oyunçular var.

- Qış fasiləsində bu heyətdən əsas komandaya futbolçu cəlb oluna bilərmi?

- Bu, artıq baş məşqçi Qurban Qurbanovun verəcəyi qərardır. Amma düşünürəm ki, 2-3 futbolçumuz öz üzərində daha yaxşı işləsə, oyunlarına daha çox diqqət yetirsə, gələcəkdə böyük futbol oynaya bilər.
 
- Komandanın 24 nömrəli futbolçusu Yaroslav Deda haqqında nə deyə bilərsən?
 
- Qurban Qurbanov bu futbolçu ilə maraqlanıb. Mən də öz fikirlərimi söyləmişəm. Özü də onun oyunlarını izləyib. Əsas komanda ilə məşqlər də edir. Öz üzərində daha da artıq çalışmalıdır. 
 
- Baş məşqçi kimi bu komandanın gələcəyinə ümid edirsinizmi? Bu komanda bundan sonra nə üçün mübarizə aparacaq. 
 
- Hər bir oyunçu özü üçün mübarizə aparmalıdır. Futbolçuların stimulu gələcəkdə böyük futbol oynamaqdır. Hər bir futbolçunun hədəfi olmalıdır. Əsas komandalarda çıxış etmək istəməlidirlər. Milli haqda düşünməlidirlər. Məqsədləri bu olmalıdır. Özləri gələcək karyeraların qurmalıdır. Daha çox vaxt ayırmaqla, daha çox çalışmaqla. Peşekarlıqların artırmalıdırlar. Çatışmayan çox şey var. Bu gün uşaqlarnan "Atletiko" və "Çelsi" kimi komandaların bazasına gedirik. Onlar bazasına çatanda görürük ki, 1:0 geridəyik. Orda çoxlu meydançalar var. Bizim futbolçular Azərbaycan çempionatında yaxşı ot örtüyü olan meydança görmürlər. Düşünürəm ki, bunlar bu günün problemləri deyil. Ümumi götürsək, qlobal dəyişikliklər etməliyik. Fikirləşirəm ki, getdikcə geriləmə baş verir. Bir ilə yaxındır akademiyalardayam. 19 yaşlılarla 17 yaşlılara baxıram. 21 yaşlılar göz qabağındadır. Hər il geriyə doğru gedirik. Bu akademiyalar ilə bağlıdır. Akademiyalarda daha yaxşı iş qurulmalıdır. Futbolçular akademiyalarda yetişməlidir. Məhəllədə futbol öyrənə bilməzlər. Bəzi detallara akademiyalarda fikir verilmir. Akademiyaları çox izləyirəm. Daha detallı işləmək lazımdır. Çox vaxt ayırmaq lazımdır. Ondan sonra milli səviyyəsində çıxış etsinlər. Elə mövqelər var ki, nəsil kəsilir. Özünüz də görürsünüz ki, Azərbaycanda stoper mövqeyində heç kim yetişmir. Ya da boyları çox balacalaşır. Olanlar da, ya ağırdı, ya topla rəftarı zəifdi, ya qısadı və s. Bütün bunlara fikir vermək lazımdı, yoxsa getdikcə futbolumuz uçruma doğru yuvarlanır.
 
- Bəs öz perspektivini harda görürsən? Bu komanda ilə davam etmək istəyirsən, yoxsa milli komandaya gedəcəksən?
 
- Mən onsuz da elə bir adamam ki, Qurban müəllim kimi ağsaqqalım, böyüyüm, dostum var. Harda məsləhət bilsələr, orda da xidmət etməyə hazıram. Bu gün "Qarabağ”ın U-19-nu məsləhət bilib, burdayam. Bu komandanı götürəndə hamı deyirdi ki, nəyinə lazımdır? Amma mənim üçün əla təcrübə oldu. Düzdü oyunçu karyerası ilə bağlı çətinliklər oldu, amma məsləhət belədisə, burdayam. Desələr, U-17-yə get, ora gedəcəm, hara desələr, orda faydalı olmağa çalışacam. 
 
- U-19-un oyun sistemi əsas komanda ilə üst-üstə düşür. Sadəcə fərdi ustalıqda axsamalar var idi. Bəs daha aşağı yaş qruplarında da bu sistem tətbiq olunurmu?
 
- Aşağı yaşlarda daha çox dayanmırıq bunun üzərində. Oralarda əsasən sərbəstlik veririk ki, uşaqlar öyrənsinlər. U-19 və əvəzedicilərdə isə vahid sistemi oturtmağa çalışırıq. Ancaq bəzi məşqçilərimiz Qurban Qurbanovu nümunə götürürlər, mənim üçün şəxsən ideal odur. Çalışıram ki, öz məşqçiliyimi də onun yolu ilə inkişaf etdirim, lazım olanda məsləhətlər alıram. Sistemdə çoxlu dəyişikliklər elədim. Bu həm mənim üçün, həm də futbolçular üçün xeyirdi ki, müxtəlif variantlarda oynamağı öyrənsinlər. Avropada hər komanda 2-3 sistem üzərində işləyir. Mən də burda çalışdım ki, bildiyim nələrisə uşaqlara aşılaya bilim. Gərək bütün klubları çalışsınlar ki, xaricdə yoldaşlıq oyunları keçirsinlər, uşaqlar xarici şəraiti görsünlər, alışsınlar. Biz istəyirik ki, birdən-birə çıxaq Olimpiya Stadionunda “Roma”nı udaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail