“Çelsi” ilə ilk oyunu kənara qoysaq..." - Qurban Qurbanov - MÜSAHİBƏ

06.12.2017 | 4299 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin "Roma"yla səfər oyunundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Roma"nı təbrik edirəm, onlara uğurlar arzu edirəm. Eləcə də öz futbolçularımı. Çox istərdim ki, burda məğlub olmayaq. Əfsuslar olsun ki, qapımızda gördüyümüz bir qolla uduzduq. Daha öncə də fikirlərimi bildirmişdim ki, layiqli çıxış etməyə çalışacağıq. Bu gün futbolçularımız məğlub olmaq istəmirdilər. Çox layiqli oyun göstərdilər. Oyuna sonradan girən futbolçuların çıxışından da razıyam. Ola bilər hansısa çatışmazlıqlar olsun, bu da normaldı. Çünkikiminsə təcrübəsi çatmaya bilər. 

- Ümumilikdə, qrup mərhələsindəki çıxışınızı necə dəyərləndirərdiz. Ağabala ilə Ramili son dəqiqələrdə ikisinin eyni vaxtda buraxılması məğlub olmaq istəməməyinizdən irəli gəlirdi?

- Çıxışımızı normal hesab edirəm. “Çelsi” ilə ilk oyunu kənara qoysaq, futbolçularımız layiqli çıxış etdilər. Bəlkə də əlavə xallar qazanmaq imkanımız var idi. Amma bəzi oyunlarda vərəqə aldığımız epizodlarda futbolçularımızda təcrübə çatmadı. Ümumilikdə, razı qaldım. Rəqiblərimizin hər biri ilk iki yeri tutmağa layiq idilər. Ramillə Ağabalanı oyunun gedişatına uyğun olaraq meydana buraxdıq. Hücumda hərəkətliliyi artımağı düşündük. Onlar hücum xəttində sürəti daha da artırmalı idilər.

- Qrupda üç oyunda qırmızı vərəqə aldınız. Onlar olmasaydı, bunun qrupdakı yerinizə təsiri ola bilərdimi? Bu gün müdafiə xəttinizin çıxışını necə dəyərləndirərdiz? Üç aparıcı futbolçunun yoxluğunda müdafiə xəttinin çıxışından razı qaldınızmı?

- Bizim kimi komandalarda əlimizdə nə qədər çox oyunçu olsa, variantlar da çox olur. Onların olmaması bizim üçün sıxıntılar yaratdı. Daha çox xal toplaya bilərdikmi, bunu deyə bilmərəm. Müdafiə xəttinin oyununa gəlincə, bir-iki epizodu çıxmaq şərtilə çox diqqətli oynadılar. Hər bir futbolçunun çıxışından razı qaldım. Xüsusilə də müdafiə xəttinin oyunundan. Sadəcə, hücum xəttində düşündüyümüz bəzi epizodlar alınmadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail