Tahir Gözəl: "Hələ də yadımdan çıxmır, hələ də ürəyim ağrıyır" - MÜSAHİBƏ

06.12.2017 | 5316 dəfə oxunub

“Qarabağ”ın prezidenti Tahir Gözəl “Roma” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan məmnun qaldınızmı?

- 3 əsas müdafiəçimizin olmamasına baxmayaraq, komandamın çıxışından çox razı qaldım. Əlbəttə, rəqib komanda Avropa nəhəngidir. Ancaq xüsusilə, müdafiəçilərimiz çox uğurlu oynadılar. Bir-iki epizod var idi ki, alınsaydı, əla olardı. Əsas odur ki, qrupda son olaraq kimin hara gedəcəyinə “Qarabağ” qərar verdi.

- Çempionlar Liqasındakı ümumi çıxışı necə dəyərləndirirsiz?

- “Çelsi” ilə ilk oyunda hamımız çox həyəcanlı idik. Böyük bir təcrübə əldə etdik. Sonradan “Atletiko” ilə oyunlardan çox razı qaldım. “Roma” ilə Bakıdakı matç da gözəl keçmişdi. Uduzsaq da, oyundan razı qalmışdım. Evdəki “Çelsi” ilə oyun isə bəlkə də həyatımdakı ən ağır görüş idi. Hələ də yadımdan çıxmır, hələ də ürəyim ağrıyır. Oyunlarda çox qırmızı vərəqə aldıq. Hakimlər tərəfindən sıxıldıq. Elə bugünkü qola da baxmaq lazımdı ki, ofsayt var idi, ya yox? Məncə, mübahisəli epizoddu.

- Komandanın ÇL qrupunda oynaması özü böyük uğurdu. Ona görə, neqativlərdən deyil, pozitivlərdən bəhs edək. Gözləyirdiniz toplanan xalları?

- Mən sadəcə xülasəni xatırlatmaq istəyirəm. Əlbəttə ki, çox gözəl mərhələ oldu bizim üçün. Rəqiblərimizin tarixlərinə baxanda, maddi imkanlarına nəzər salanda, görərik ki, “Qarabağ” tarix yazır. Hədəfimiz o idi ki, bu adı Avropada tanıdaq. Sizi əmin edirəm ki, mən Avropada kiməsə “Qarabağ”ən prezidentiyəm deyəndə dönüb təbrik edirlər. Burda məsələ mənim uğurum deyil. Klubun adı tanınıb.

- “Qarabağ”ın bundan sonrakı hədəfi nədir?

- Bundan sonrakı hədəfimiz artıq yerli oyunçular yetişdirməkdir. Bilirsiz ki, büdcə məhdudiyyətimiz var. Bu, böyük klub saxlamağa imkan vermir. Əsas ağır yük sponsorun üstünə düşdüyü üçün buna məcburuq. Buna görə də artıq xarici legionerlərlə deyil, öz yetirmələrimizlə oynayacağıq. Çünki baxırıq “Qarabağ”da ən istənilən oyunçunun itkisini sığortalamaq üçün nə qədər əziyyət çəkirik. Tam 20-25 nəfərlik peşəkar komanda saxlamağa isə imkan yetmir.

- Yetirmələrinizlə oynamaq üçün hansı addımlar atacaqsınız? Yeni bazalar olacaq?

- Bizim çox yaxşı bazamız var. Oyunçular da yetişir. Bu, bir ilin söhbəti deyil, ən az 4-5 illik layihədir. Ona görə səbr edin, görəcəksiniz ki, “Qarabağ”ın necə yetirmələri var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail