Nizami Hacıyev: "Günahım yoxdu" - MÜSAHİBƏ

06.12.2017 | 858 dəfə oxunub

Adı danışılmış oyunlarda hallanan və AFFA tərəfindən ömürlük futboldan uzaqlaşdırılan “Keşlə”nin sabiq kapitanı Nizami Hacıyevin müsahibəsini təqdim edirik:

- Baş verən hadisələrdən sonra susqun qaldığınız üçün bir çox versiyalar irəli sürülürdü. “Neftçi” ilə oyunda həqiqətdə nələr baş vermişdi?

- Bir qədər əvvələ gedim. “Zirə” ilə heç-heçə bitən (1:1) oyunda zədə almışdım, əzələm cırılmışdı. İki gün sonra klub rəhbərliyinin köməkliyi ilə Gürcüstana müalicəyə yola düşdüm. “Keşlə”nin keçmiş həkimi olan Merabın yanına getmişdim. Müayinədən sonra həkim 4 həftə futbol oynamağıma qadağa qoydu. Həmin ərəfədə komandamız ardıcıl üç oyunda uduzdu.

Sonra zədəm tam sağalmamış ağrıkəsicinin köməkliyi ilə “Kəpəz”lə matçda meydana çıxdım. Əlimdən gələni etsəm də, təəssüf ki, (0:2) məğlub olduq. “Sumqayıt”a 1:3 hesabı ilə uduzduğumuz növbəti görüşdə yeganə qolu mən vurdum. Üstəlik, zədəli idim. Yenə ağrıkəsicinin köməkliyi ilə meydana çıxmışdım. Zədəli olmağımdan klub rəsmilərinin, baş məşqçinin və həkimin xəbəri var idi. Bunun ardından “Zirə” ilə görüşürdük. Hesabda 0:1 geridə olarkən meydana girmişdim.

Nəhayət, gələk “Neftçi” ilə oyuna. Axır vaxtlar vəziyyətin yaxşı getmədiyini düşünüb, “Neftçi”dən gələn təkliflə razılaşmaq qərarı vermişdim. Oyundan əvvəl də baş məşqçimiz Ramiz Məmmədovla söhbətimiz oldu. Ona dedim ki, əgər məsləhət deyilsə, meydana çıxmayım. Amma baş məşqçi bildirdi ki, sənə inanıram, zədəli olsan belə, bizə lazımsan. Həqiqətən də, oyuna köklənə bilmədim, konsentrasiyam yox vəziyyətində idi. İlk düşündüyüm şey “Neftçi”yə keçmək idi. Buna görə də bərbad oyun göstərdim.

- Amma Mirhüseyn Seyidov müsahibəsində deyib ki, “Neftçi”yə keçəcəyimiz üçün qəsdən zəif oynamışıq...

- Artıq 8 ildi bu komandadayam. Bu illərdə bir dəfə də olsun hansısa oyunu qəsdən zəif keçirmək fikrim olmayıb. Çünki mən o xasiyyətdə adam deyiləm. Belə olsaydım, “Keşlə”nin ən çətin vaxtlarında burda qalmazdım. Hətta yayda “Neftçi”dən sərfəli təklif də almışdım. Amma transfer qadağasına görə komandanı atıb getmək istəmədim. Fikirləşdim ki, bu qədər fədakar olmuşam, bunu sona qədər də davam etdirməliyəm. “Neftçi” ilə matçı zəif keçirməyimin səbəbi də yuxarıda qeyd etdiyim kimi, fikrimin o komandada olması idi. Üstəlik, “Keşlə” ardıcıl məğlubiyyətlər almışdı və zədəm tam sağalmamışdı. Bütün bunlar konsentrasiyama mənfi təsir etdi.

- “Neftçi” ilə matçdan sonra iki gün sizi tapmaq mümkün olmadı. Həqiqətən də, “bandotdel”də saxlanılmışdınız?

- Xeyr, bunlar yalan söhbətlərdi. Bizi heç kim saxlamamışdı. Sadəcə, söz-söhbətlər məni sıxdığına görə, telefonu söndürmüşdüm. Təkliyə ehtiyacım var idi.

- Haqqınızda səslənən əsas ittiham odu ki, bukmeker kontorları ilə əlbir olub, “Neftçi” – “Keşlə” matçına pul qoyuluşu etmisiniz. Gürcüstana getməyiniz də bununla əlaqələndirilir. Həqiqətən də, belə şey olubmu?

- Fevralın 8-də 30 yaşım olacaq. Bu 30 ildə heç vaxt oyunlara pul qoyuluşu etməmişəm. Heç “stavka”dan başım da çıxmır. Gürcüstana tez-tez getməyimin səbəbini zəng vurub həkimdən soruşa bilərsiniz. Əgər bukmeker kontorlarına pul qoyuluşu etməyimlə bağlı fakt varsa, AFFA-nın verdiyi cəza da azdı.

- Bəs Zaur Svanadzenin qardaşı oğlu Ramaz Svanadze ilə nə əlaqəniz var?

- Onunla üç il bir yerdə işləmişəm. Bu müddətdə kollektivdən kənar heç vaxt görüşməmişik. Ramaz Svanadze ilə aramızda yalnız məşqçi-futbolçu münasibəti olub. Gürcüstana neçə dəfə getsəm də, onunla heç vaxt görüşməmişəm.

- Yayılan söz-söhbətə görə, sizin “vurulmağınız” “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun sifarişi ilə olub. Bəlkə “Neftçi” ilə anlaşmağınız onu qıcıqlandırıb?

- Xeyr, bununla qətiyyən razılaşmıram. Əsas gətirə bilərəm ki, “Keşlə” ilə müqavilə müddətim yaya qədər olsa da, bir xahişimlə Zaur müəllim transfer vərəqəmi özümə verməyə etiraz etmədi. Bir saat ərzində bütün sənədləri hazırlayıb mənə verdilər. Mətbuatda yazıldığı kimi aramızda heç bir problem olmayıb. Hətta o, yaxşı təklif olduğu üçün mənim yolumu açdı. İstəsəydi, müqaviləmə əsasən transfer vərəqəmi verməzdi.

- Deyirsiniz ki, heç bir günahınız yoxdu. Əgər belədisə, AFFA-nın kəsdiyi cəza ağır deyil?

- Çox ürəkağrıdıcı sualdı. Həqiqətən də, bu qərar məni məhv elədi. Bunu ağır zərbə hesab edirəm. Verilən cəza ilə razılaşmıram və sizin vasitənizlə məsələyə yenidən baxılmasını xahiş edirəm. Əsl günahkarların tapılıb, cəzalandırılmasını istəyirəm. Mənim günahım “Neftçi” ilə son oyuna köklənməməyimdi. Belə bir şeyə görə ömürlük futboldan kənarlaşdırılmağı ağır cəza sayıram. Bununla bağlı sabah apelyasiya müraciəti edəcəm. Ümid edirəm ki, AFFA rəhbərliyi müraciətimi müsbət cavablandıracaq. Mən nə ölkəmə, nə də futbolumuza xəyanət etmişəm. 2009-cu ildə ermənilərlə keçirilən oyunu yəqin ki, xatırlayırsınız. Həmin görüşdə mükafatı yox, damarımda axan qanı və üçrəngli bayrağımızı düşünüb əlimdən gələni elədim. Allaha şükür, qələbə qolunu da vurdum.

- Bu qədər haqq-hesabdan sonra hələ də AFFA-nın sizi bağışlayacağına inanırsınız?

- AFFA-nın ədalətli qərarına ehtiyacım var. Çünki verilən cəza mənim üçün çox ağırdı. Bunu qəbul edə bilmirəm. Futbolsuz həyat mənim üçün dayanmış olur. (apasport.az)

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

15.12.2017

18:30  "Sumqayıt" - "Qarabağ" - HEYƏTLƏR

15:34  "Səbail" - "Qəbələ" - HEYƏTLƏR

11:46  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.12.2017

18:21  "Neftçi" - "Zirə" - HEYƏTLƏR

12:37  "Kəpəz" - "Keşlə": - HEYƏTLƏR

12:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:35  "Strasburq" - PSJ 2:4 VİDEO

02:02  "Milan" - "Verona" 3:0 VİDEO

01:52  "Bavariya" - "Köln" 1:0 VİDEO

13.12.2017

12:35  "Çelsi"nin qələbəsi VİDEO

12.12.2017

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ