"Qarabağ" ÇL-dan 16 milyon avro əldə etdi

07.12.2017 | 5465 dəfə oxunub

Çempionlar Liqasında (ÇL) mübarizəni dayandıran “Qarabağ”ın UEFA-dan alacağı vəsaitin təqribi məbləği məlum olub. 

Stadium.Az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası 16 milyon avro əldə edəcək.

2015 - 2018 kommersiya tsiklində gəlirlərin bölüşdürülmə sxeminə əsasən, ÇL-in qrup mərhələsinə vəsiqə qazanan bütün klublara 12,7 milyon avro ödəniləcək. Qrup mərhələsində isə qələbəyə görə 1,5 milyon, heç-heçə üçün isə 500 min avro veriləcək. Hər bir heç-heçədən qalan 500 min avro isə qrup mərhələsinin bütün iştirakçıları arasında qələbə sayına uyğun olaraq bölünəcək.

Əlavə olaraq, marketinq gəlirləri bir sıra amillərə, o cümlədən klubun məxsus olduğu ölkənin teleyayım bazarındakı çəkisinə görə paylanılacaq.

Beləliklə, ÇL-in qrupuna düşməklə 12,7 milyon avro qazanan “Qarabağ” iki heç-heçə etməklə, əlavə 1 milyon avro götürüb. 2017/2018 mövsümündə qrup mərhələsində 20 heç-heçənin qeydə alındığını nəzərə alsaq, bu, əlavə 10 milyon avro deməkdir. Lakin Ağdam klubu heç bir matçda qalibiyyət sevinci yaşamayıb.

Ötən mövsüm “Qarabağ” kimi 2 heç-heçə etməklə qrup mərhələsini sonuncu pillədə başa vuran İsveçrənin “Bazel” klubuna marketinq gəlirlərindən 2 milyon 568 min avro ödənilib. Bazardakı çəkisi Azərbaycana daha yaxın olan Xorvatiya təmsilçisi və qrup mərhələsini 0 xalla başa vuran Zaqreb 
“Dinamo”su isə 2 milyon 282 min avro qazanıb. Bu isə o deməkdir ki, "Qarabağ" ən pis halda təqribən 2 milyon 300 min avro marketinq pulu alacaq. Yəni, ümumi qazanc 16 milyon avro təşkil edəcək.

Sxemə əsasən, 1/8 finala çıxan hər bir klub 6 milyon avro, 1/4 finala yüksələnlər 6,5 milyon avro əldə edəcək. Yarımfinalçılara 7,5 milyon, finalda məğlub olan kollektivə 11 milyon avro ödəniləcək. Turnirin qalibinə isə 15,5 milyon avro veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail