"Qarabağ" Çempionlar Liqasında bütün klubları qabaqladı

07.12.2017 | 5292 dəfə oxunub

“Qarabağ” futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində ən çox qırmızı vərəqə alan komanda olub. Ağdam təmsilçisinin 3 futbolçusu – hücumçu Dino Ndlovu, yarımmüdafiəçi Pedro Enrike və kapitan Rəşad Sadıqov meydandan kənarlaşdırılıb.

Portuqaliya təmsilçisi “Benfica”nın passivində 2 qırmızı vərəqə var. “Feyenoord” (Hollandiya), “Monako” (Fransa), “Porto” (Portuqaliya), “Şaxtyor” (Ukrayna), “Barselona”, “Atletiko” (hər iksi İspaniya), “Leipziq” (Almaniya), “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Anderlext” (Belçika) və “Roma” (İtaliya) klubları isə 1 futbolçusu “qırmızı” alıb.

Bir matçda ən çox birbaşa qırmızı vərəqə isə VI tur çərçivəsində keçirilən “Porto” – “Monako” görüşündə qeydə alınıb. Meydan sahiblərinin 5:2 hesabı ilə qalib gəldiyi oyunda hər komandadan 1 futbolçu meydandan qovulub. 1:1 hesabı ilə yekunlaşan “Atletiko” – “Qarabağ” qarşılaşmasında Enrike birbaşa “qırmızı” görübsə, Stefan Saviç ikinci “sarı”dan sonra komandasını azlıqda qoyub.

Portuqaliya təmsilçisi “Sportinq” isə sarı vərəqə sayında liderdir. Bu komandanın 19 oyunçusu referilər tərəfindən xəbərdarlıq alıb. Ən çox “sarı” da elə bu kollektivin “Barcelona”ya 0:1 hesabı ilə uduzduğu qarşılaşmada göstərilib – 8. “Feyenoord”un yarımmüdafiəçisi Tonni Trindade de Vilena 4 “sarı”, 1 “qırmızı” ilə turnirin ən intizamsız futbolçusu olub. Qrup mərhələsinin ən centlmen komandası “Çelsi”dir. İngiltərə çempionunun futbolçuları cəmi 5 dəfə sarı vərəqə ilə cəzalandırılıblar. “Qarabağ”ın “sarı”larının sayı isə 14-dür.

Dino Ndlovu “Atletiko”, Sadıqov “Çelsi” ilə ev oyununda qırmızı vərəqə alıb. Pedro Enrike isə “Atletiko” ilə səfər matçında meydandan qovulub. Bunlardan yalnız Ndlovu ikinci sarıdan sonra meydanı tərk etmək məcburiyyətində qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail