Samir Əliyev: "Meydanda mən yox idim"

09.12.2017 | 4336 dəfə oxunub

"Səbail"in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının IV turundan təxirə salınmış oyunda "Qarabağ"a 0:2 hesabıyla məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Pis oynamadıq. Qol vəziyyətləri də yaratdıq, lakin istifadə edə bilmədik. Rəqibin səviyyəsi göz qabağında idi.

- Oyunun gedişində elə təəssürat yarandı ki, sanki siz meydanda olsaz, bu fürsətləri daha yaxşı dəyərləndirə bilərdiz...

- Meydanda mən yox idim. Əlimizdə olan futbolçular isə bunlardı. İrəli baxmalıyıq. Çalışacağıq ki, öz üzərimizdə daha çox işləyək. Heyəti gücləndirmək istəyirik. Bir neçə futbolçunu diqqət mərkəzində saxlamışıq.

- Bu gün meydanda ardıcıl səhvlər Nurlan Novruzovu əvəzlədiz, keçən oyunda isə Amit Quluzadəni əvəzləmişdiz. Demək olar ki, bu oyunçular artıq “qara siyahı”ya düşüb?

- Oyunçular məndən onlara şans verməyimi istəyirlər. Mən də şans verirəm. O ki qaldı onları əvəzləməyimə, zəif oynayırlar ki, əvəzləyirəm.

- “Səbail”in əsas məqsədi milli komandalar üçün oyunçu yetişdirməkdi. Komandanın qarşısına konkret vəzifə qoyulmayıb. Bu, sizi əlavə təzyiqdən azad etmir ki?

- Xeyr. Qarşımıza hədəf qoyulmayıbsa, o demək deyil ki, çıxıb uduzmalıyıq. Çalışırıq ki, öz oyunumuzu daim inkişaf etdirək. Əlimizdə olan istedadlı futbolçulardan yaxşı istifadə edək. Komandaya yeni, istedadlı oyunçular da cəlb etmək istəyirik.

- Sistemə görə oyunçu axtarırsız, yoxsa futbolçuları öz sisteminizə uyğunlaşdırmağa çalışırsız?

- Sistemimizi dəyişməyi planlaşdırırıq. Qarşıda ölkə kubokunda iki oyunumuz var. Bu sahədə işlərə kubok oyunlarından sonra başlayacağıq. Təxminən 15-20 gün vaxtımız olacaq. Həmin müddət ərzində yeni sistemi sınaqdan keçirəcəyik. Yəqin ki, 3-cü dövrədə fərqli oyun sistemindən istifadə edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail