"Qəbələ"nin qış planı açıqlanıb

09.12.2017 | 5347 dəfə oxunub

“Qəbələ” futbol komandasının qış hazırlıq planı müəyyənləşib. Stadum.Az xəbər verir ki, “qırmızı-qaralar”ın təlim-məşq toplanışı Türkiyənin Antalya şəhərində olacaq.

Komanda üzvləri gələn il yanvarın 5-də Antalyada bir araya gələcək. Hazırlıq prosesinin ilkin mərhələsi yanvarın 17-dək davam edəcək. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv həmin dönəmdə 3 yoxlama oyunu keçirəcək.

Qəbələ təmsilçisi yanvarın 10-da, böyük ehtimalla, Türkiyə Super Liqasında çıxış edən “Akhisar”la qarşılaşacaq. “Qırmızı-qaralar”ın yanvarın 14-nə planlaşdırılan yoxlama görüşündə rəqibi hələlik bilinmir. Yanvarın 17-də isə rəqib İsveçrənin “Sürix” komandası olacaq.

“Sürix”lə matçdan sonra 3 günlük istirahətə buraxılacaq “Qəbələ”nin hazırlıq prosesinin ikinci mərhələsi 21 yanvar - 4 fevralı əhatə edəcək.

“Qəbələ” Azərbaycan Premyer Liqasında növbəti oyununu fevralın 10-da XV tur çərçivəsində səfərdə “Qarabağ”a qarşı keçirəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail