Ramil Şeydayev: "Bilmirəm" - MÜSAHİBƏ

09.12.2017 | 6023 dəfə oxunub

Azərbaycan Premyer Liqasında IV turdan təxirə salınmış oyunda “Qarabağ” səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib. Stadium.Az xəbər verir ki, matçdan sonra Ağdam klubunun hücumçusu Ramil Şeydayev jurnalistlərin suallarını cavablandırıb: 

-Yaxşı oyun keçirdik. Matçı 90 dəqiqə ərzində nəzarətdə saxladıq, meydanda dominantlıq etdik. Fikrimcə, layiqli qələbə qazandıq. 

- Düşünmürsünüzmü ki, "Qarabağ" ikinci hissədə "Səbail"in futbolçularının yorulmasından sonra qollar vurmağa başladı?

- Bu, onların problemidir. Burada bizlik nə var ki?! Oyun iki hissədən ibarətdir. Bir yox, iki hissəlik mübarizə lazımdır. 

- "Qarabağ" nəyin sayəsində qələbə qazandı?

- Oyun intizamı, sürətli hücumlar, topa çoxlu nəzarət sayəsində. Düzdür, səhvlər də var idi. Amma nöqsanları özümüz düzəltdik, hücuma atıldıq və qollar vurduq. 

- Özün də qol vura bilərdin. Amma yenə alınmadı. Bu, nə ilə bağlı idi?

- Nə deyim? Alınmır. Bir az da bəxtsizlik olur, uğur çatışmır. İnanıram ki, qol da vuracağam və hər şey normal olacaq. 

- Amma Almaniya ilə səfər oyunundan sonra Ramil Şeydayevdə hər şeyin yaxşı olacağını düşünürdü...

- Hər şeyin yaxşı olması üçün oynamaq, oynamaq və yenə də oynamaq lazımdır. Hələlik istədiyim alınmır. 

- Yenə heç nə alınmasa, daha bir il "Qarabağ"da qalmaq istərdiniz?

- Bunu deyə bilmərəm. Hələlik icarə müqaviləm cari mövsümün sonunadəkdir. Sonrasına isə baxarıq, danışarıq.

- Qurban Qurbanovla bu barədə danışmısınız?

- Hesab edirəm ki, hələ tezdir. Qarşıda yarım il var. Mövsümün sonunda mütləq bu barədə danışacağıq. 

- Qol vura bilmədikdən sonra aqressiv olursunuz, yoxsa bizə elə görünür?

- Əlbəttə, qol vurmaq istəyirəm. Çünki hücumçuyam. Bu, mənim işimdir. Qol vurmalı, komandama xeyir verməliyəm. Nə isə alınmayanda özümə də təsir edir.  

- Türkiyə "Trabzonspor"una qayıdış perspektivin var?

- Hazırda bunu demək çətindir. Çünki hazırda bütün fikrim "Qarabağ"dadır. Qol vurmaq istəyirəm. Yalnız bu barədə düşünürəm. Hazırda bu qədər uzağa baxmıram. Çünki hələ 1 il də burada ola bilərəm. Necə olacağını demək çətindir. "Trabzonspor"la isə müqaviləm var. Onlar qayıtmağımı istəsələr, Türkiyəyə dönməli olacağam.

- "Qayıt" desələr, Burak Yılmaz, Uqo Rodalyeqa kimi hücumçularla rəqabətə duruş gətirə biləcəksən?

- Qayıtmağımı istəmələri mənim onlara lazım olmağım, bunu bacaracağım anlamına gəlir.  

- Mətbuatda yazılanlara əsasən, İngiltərə "Vest Hem"i ilə İtaliya "Napoli"si səni istəyir...

- Bilmirəm. Hələ heç nə məlum deyil. 

- Artıq Azərbaycan dilini öyrənməyə başlamısan?

- Əlbəttə, Azərbaycan dilini öyrənməyə, danışmağa çalışıram. Elə də yaxşı bacarmıram. Amma bir çox şeyi bilirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail