Qurban Qurbanov: "Təkcə futbolu düşünən və bununla nəfəs alan deyil, ..."

09.12.2017 | 5240 dəfə oxunub

Komanda.az saytının keçirdiyi sorğunun nəticəsinə əsasən ilin məşqçisi seçilən "Qarabağ"ın və millimizin çalışıdırıcısı Qurban Qurbanov bu gün mükafatlandırılıb.

Stadium.az xəbər verir ki,, o, mərasimdən sonra  jurnalistlərin suallarını cavablandırıb.


- 2017-ci ili necə dəyərləndirirsiz?

- Çox ağır və yaddaqalan il oldu. Çempionluq və ölkə kuboku öz yerində, azarkeşlər son iki ildə Çempionlar Liqasının qrupuna düşmək istəyirdilər, hətta demək olar ki, tələb edirdilər. Ağır mövsüm keçdi. Biz də ÇL-in qrupuna düşməyi bacardıq. Bu il həm çempion olduq, ölkə kubokunu qazandıq və ÇL-in qrupuna düşdük. Dekabrda Premyer Liqanı lider başa vurmağı istəyirdik və ili lider başa vurduq. Bu il son hədəfimiz isə ölkə kubokunda mərhələ adlamaqdı. Bu da baş versə, tam uğurlu olacaq. Xoş il oldu. Bəzən futbolçular, məşqçilər və rəhbərlik kiçik uğur qazananda rahatlaşır və “Gələn il qrupa düşməsək də, heç kimin heç nə deməz” düşünür. Amma biz belə düşüncələrin qarşısını aldıq. ÇL-in qrupuna düşməyi bacardıq. “Qarabağ”ın rəhbərliyinə, futbolçularına və azarkeşlərinə təşəkkür edirəm. Uğurlar biz rahat etməli deyil. İlin məşqçisi mükafatı mənim məsuliyyətimi daha da artırır. Həqiqətən də bu ili uğurlu adlandırardım. Məni üzən iki böyükhseablı yenilgi oldu. “Çelsi”yə ev və səfər matçlarında uduzduq. İstəməzdim belə olsun. Amma real yanaşaraq komandaların gücünə baxsaq, futbolda belə hesablar olur. Bunu normal qarşılamaq olur. Azarkeşlərimizi belə məğlubiyyətlər hazır etdik. İki komanda arasında matçda belə hesablar olur. Uğurlu il alındı.


- 8-ci dəfə ölkədə ən yaxşı məşqçi seçildiz. Çempionlar Liqasında komandanız 2 xal topladı. Özünüz üçün müqayisə etsəz, hansı daha uğurludu?

- Mənim üçün olmasın, azarkeş və komanda üçün olsun. Məni yaxşı tanıyırsız. Düşüncələrim belədi. Bunun tərəfdarıyam. İlin məşqçisi seçilmək arzusunda olmamışam. Çıxışımda da unutdum, xahiş etmək istəyirdim ki, çox da mənim haqqımda yazıların, təriflərin olmasını istəmirəm. İstəyirəm “Qarabağ”a və azarkeşlərə tərif olsun. İki xal və böyük komandaların Azərbaycana gəlməsi mənim üçün daha üstündü, nəinki ən yaxşı seçilməyim.


- Millinin baş məşqçisi kimi mətbuat konfransı nə vaxt olacaq?

- Qəti qərar verməmişik. Dekabrın 20-dən sonra ola bilər.

- Uzun müddət milliyə dəvət almayan Rauf Əliyev, İlqar Qurbanov və Rüfət Dadaşovun yenidən yığmaya dəvət alacağı gözlənilir?

- Düzünü deyirəm, hələ qərar verməmişik. Futbolçuları tanıyırıq. Təxmini olsa da, potensiallarına bələdəm. Raufun nəyə qadir olduğunu bilirəm. Digərlərinin də həmçinin. Yanımda olmayan oyunçulara ola bilər ki, tam bələd olmayım. Mənə vaxt lazımdı. İlk toplantıdan sonra dəyişikliklər olacaq. Ola bilər ki, ilk toplanışa dəvət almayan bəzi oyunçular da olsun. Bu, milli komandadı. Mən nə qədər məsuliyyətli yanaşıramsa, futbolçu ikiqat yanaşmalıdı. Bakı kiçik şəhərdi, hər yerdən məlumatlıyıq. Futbolçuların hansı həyatı yaşadıqlarını və harda olduqlarından məlumatlı oluruq. Kim harda olur, nə edir bilirik. Buna görə də yığmada məsuliyyətli insanlar olmalıdı. Təkcə futbolu düşünən və bununla nəfəs alan deyil, həyat tərzində doğru yol tutanlar millidə olacaq. Ola bilər ki, kimdənsə zəif və aşağı səviyyədə olsun, amma yetər ki, işində məsuliyyətli olsun. Problemli və bundan sonra problem yaşadacağı gözlənən futbolçuların yığmada olmasını istəməzdim. Hamı özünü yaxşı mənada hazırlamalıdı və milliyə hazır etməlidi.

- Bu, Kamran Ağayevə də mesajdır?

- Xeyr. Niyə? Ümumi deyirəm. Hər futbolçu ilə yaxından maraqlanacam. Bu məsələdə ciddi olacam. Kollektiv şəkildə birlik olmalıdı. Bu, yığma komandadı. Bəzən üzdə hər şey qaydasında görünür. Müsahibələrdə, açıqlamalarda vətənpərvər kimi görünür, amma eşidirsən ki, tam fərqli sözlərdi. Tam diqqət yetirəcəyik. Komandanı formalaşdırmaq üçün 1-2 ilə ehtiyac olacaq. 10-15 futbolçu olsun, amma məsuliyyətli, ürəkli və ciddi şəkildə işinə yanaşsın.

- Bir zamanlar Türkiyədə də belə metod var idi. Hətta 2002-ci ildə də dünya çempionatında 3-cü yeri tutmuşdular. Bununla bağlı bu yaxınlarda Bakıda olmuş, Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəşlə danışmısız?

- Türkiyədən fərqliyik. Qardaş ölkədə 80 milyon insan yaşayır. Orda futbolçu tapmaq daha asandı, bizdə isə çətindi. Biz daha fərqli baxacağıq. Bu işləri etməsək, futbolçu formalaşdırmaq çətin olacaq. Şenol Günəşlə belə söhbətim olmayıb. Məşqçi kimi öz prinsiplərim olacaq.

- Yığmanın toplanışdakı rəqibləri bəllidi?

- Xeyr, heç nə məlum deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail