Ayxan Abbasov: "Belə şeylər mənim üçün adidir"

10.12.2017 | 7235 dəfə oxunub

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Zədə səbəbindən bir neçə futbolçu kənarda qalmışdı. Ancaq şans verdiklərim onları layiqincə əvəzlədilər. Cavab oyunundan öncə vaxtımız azdır. Futbolçularıma inanıram. Onların əzmkarlığı məni sevindirir.

- "Neftçi”nin bu gün cəmi bir legionerlə meydana çıxması sizi təəccübləndirmədi?

- Bizdə də 4 legioner var idi. "Neftçi”nin futbolçuları millinin üzvləridir. Məncə, legionerləri az olsa da, güclü heyət idi.
 
- "Neftçi”də "Zirə” sindromunun olduğu deyilir…

- Bu barədə düşünmürəm. Belə şeylər mənim üçün adidir. "Qəbələ” ilə oyunlarımız da belə alınır. "Neftçi” ilə bir-birimizə yaxın rəqiblərik. Ola bilsin, buna görə, oyun gərgin keçir.
 
- Tərlan Əhmədov dedi ki, hər şeyə cavab oyununda aydınlıq gələcək…


- Normal qəbul edirəm, mərhələ keçmək istəyirlərsə, qalib gəlməlidirlər.
 
- Komandadan kimlərsə gpndəriləcək? David Manqanın komandadan gedəcəyi deyilir…

- Hələ bir oyunumuz var. Cavab görüşündən sonra fikirləşəcəyik. Hazırda bu barədə düşünməyə vaxtımız yoxdur.

- Sizcə, 1:0 hesablı qələbə növbəti mrhələyə keçmək üçün kifayətdir?

- Bu gün başqa hesab da ola bilərdi. İstənilən halda, hər şeyə cavab oyununda aydınlıq gələcək.
 
- Qış planınız hazırdır?

- Bəli, yaxınlarda bu barədə rəsmi açıqlama olacaq. O ki qaldı transferlərə, bu barədə rəhbərliklə danışacağıq. Ola bilsin, hansısa futbolçu klubundan ayrılsın və onu heyətə cəlb edək. Bizim konkret büdcəmiz var. Bunun əsasında işləyəcəyik.  
 
- "Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli yerdə qaldığı zaman oyunu davam etdirən, lakin sonra topu auta çıxaran Vüsal İsgəndərliyə etiraz etdiniz. Bu etiraza səbəb nə idi: Onun oyunu davam etdirməsi, yoxsa topu çıxarmaması? 

- Topu çıxarmamasına etiraz etdim. Həmin epizodda topu "Neftçi”nin oyunçuları çıxarmalı idi. Lakin onlar oyunu davam etdirdilər. Daha sonra Vüsal da topu ələ keçirərək, oyunu davam etdirdi. Rəqib futbolçu çox ciddi zədələnmişdi. Belə epizodda İsgəndərli topu tez çıxarmalı idi. Bir qədər sərt etiraz etməyimə səbəb bu idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail