Dortmund "Borussiya"sında baş məşqçi dəyişikliyi

11.12.2017 | 3960 dəfə oxunub

Dortmund “Borussia”sının baş məşqçi Peter Boş istefaya göndərilib. Stadium.Az xəbər verir ki, “Borussiya” Bundesliqanın 15-ci turunda “Verder”ə məğlub olub - 1:2.

Bununla da dortmundluların qələbəsiz seriyası 8 oyuna çatıb. Klub rəhbərliyi “Verder”lə oyundan sonra baş məşqçi Boşun istefaya göndərilməsi barədə qərar qəbul edib. 

Artıq yeni baş məşqçi də məlumdur. Hollandiyalı mütəxəssisi "Köln"ün sabiq baş məşqçisi Peter Ştyoger əvəzləyib. Avstriyalı mütəxəssis və köməkçiləri ilə müqavilə 30 iyun 2018-ci ilədək nəzərdə tutulub. 

 
Peter Ştyogerin ilk iş yeri elə "Köln" olub. 51 yaşlı baş məşqçi Bundesliqada 14 oyunluq qələbəsizlikdən sonra qovulub. Peter Boş isə "Borussiya"ya iyundan rəhbərlik edirdi. 54 yaşlı mütəxəssis əvvəllər Hollandiya "Ayaks"ında çalışıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail