"Səbail" Türkiyədə Bolqarıstan klubuyla oynayacaq

11.12.2017 | 5117 dəfə oxunub

“Səbail”in qış təlim-məşq toplanışında yoxlama matçı keçirəcəyi komandalardan birinin adı müəyyənləşib. Stadium.Az xəbər verir ki, gələn ay Antalyaya yollanacaq bakılıların Türkiyədəki sınaqçı rəqibləri sırasında Bolqarıstan klubu da olacaq. 

Samir Əliyevin yetirmələri “Lokomotiv”lə üz-üzə gələcəklər. Plovdiv təmsilçisi ilə görüş yanvarın 29-da baş tutacaq. Bolqarıstan mətbuatının yazdığına görə, “Lokomotiv” yanvarın 25-də Antalyaya yollanacaq. Fevralın 10-na qədər Türkiyədə qalacaq kollektiv ilk yoxlama matçını məhz “Səbail”ə qarşı keçirəcək.

“Lokomotiv” Bolqarıstan çempionatında 20 turdan sonra 23 xal toplayıb və turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. “Səbail” isə Azərbaycan Premyer Liqasında qış fasiləsinə 6-cı pillədə yollanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail