Jiru "Arsenal"dan gedir

12.12.2017 | 3681 dəfə oxunub

"Arsenal"ın hücumçusu Olivier Jiru komandadan ayrılacağını deyib. Stadium.Az xəbər verir ki, Fransa millisinin üzvü olan forvard həmyerlisi Aleksanrd Lakazetin London klubuna transferindən sonra əsas heyətə düşməkdə çətinlik çəkir.

Dünya çempionatında millinin heyətində olmaq istəyən Jiru daim oynaya biləcəyi bir kluba getmək istəyir.

"L'Equipe" nəşrinə danışan 31 yaşlı qolçu yanvar ayında "Arsenal"dan gedəcəyinin siqnalını verib:

"Hər gün ağlımda dünya çempionatı var. Meydana çıxdığım hər an dünya çempionatı şansımı artırmaq üçün əlimdən gələni edirəm. Yayda komandadan ayrılmamağımın səbəbi kifayətqədər şans qazanmağım idi. Sadəcə ayrılmaq üçün getmək əlbəttə düzgün deyil. Amma yanvar ayında bu sualı özüm üçün təkrar edəcəm. Bu durumda düzgün həll yolunu tapıb, düzgün qərar vermək asan deyil. Amma seçimləri dəyərləndirəcəm. Baş məşqçi Didye Deşam da daha çox oynamağımı istəyir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail