Azərbaycanın Vin Çun idman klubu Dünya çempionatında 1-ci oldu

12.12.2017 | 4309 dəfə oxunub

06-10 dekabr 2017-ci il tarixində Türkiyənin İstanbul şəhərində Döyüş növləri üzrə Dünya Çempionatı keçirilib.

Stadium.Az xəbər verir ki, Azərbaycan Vin Çun döyüş sənəti idman klubunun uşaq və yeniyetmələrdən ibarət olan 14 idmançısı müxtəlif versiyalarda ( Vin Çun, Şaolin-sanda, layt kontakt və tam kontakt) 8-qızıl, 4-gümüş və 1-bürünc medal qazanaraq 26 ölkə arasında komanda hesabında 1-ci olublar. Ölkəmizi  təmsil edən idmançılarımız  bu yarışa Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının milli yığma komandasının tərkibində qatılıb. Federasiyanın prezidenti, əməkdar məşqçi Rafiq Əliyev və Azərbaycan Vin Çun idman klubunun prezidenti, əməkdar məşqçi Asif Sayadovun rəhbərliyi altında bu yarışa qatılan 14 idmançımız ölkəmizin idman şərəfini layiqincə qoruyublar. Yarışda 26 ölkənin ümumilikdə 950 idmançısı iştirak edib. 

Birinci yerə layiq görülən idmançılar:

1. Nurlan Yusifov

2. Rəsul Əlizadə

3. Nizami İbadzadə

4. Aydın Sayadlı

5. Şahmar Hüseynli

6. Eltun Rəcəabov

7. Ayman Mahalov

8. Elşən Hacızadə

İkinci yerə layiq görülən idmançılarımız:

1. Fərid Əlizadə

2. Ömər Vahabzadə

3. Muhamməd Dadaşov

4. Akşin Cəbrayılzadə

3-cü yerə layiq görülən idmançılar:

1. Əli Əkbər Orucov





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail