UEFA klublarımıza yenə pul köçürdü

13.12.2017 | 416 dəfə oxunub

UEFA 2016-2017 mövsümündə maliyyə feyr-pleyi qaydalarını pozan klublardan aldığı 6,5 milyon avro vəsaiti avrokuboklarda iştirak etmiş komandalar arasında bölüb.

Stadium.Az xəbər verir ki, məbləğin 80 faizi Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş klublara çatıb.

Başqa sözlə, aralarında "Qarabağ" və "Qəbələ" də olmaqla, hər bir klub 78 300 avro qazanıb. Qalan 20 faiz isə təsnifat mərhələsində mübarizəni dayandırmış komandalara çatıb. Bu isə o deməkdir ki, "Kəpəz" və "Neftçi" hərəyə 8 540 avro əldə edib. Lakin "Zirə" maliyyə feyr-pleyini pozduğu üçün cəzalandığından, bu məbləği ala bilməyəcək.

2016-2017 mövsümündə Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. "Neftçi" və "Kəpəz" isə mübarizəni Avroliqanın II təsnifat mərhələsində dayandırıb.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.01.2018

17.01.2018

16.01.2018

15.01.2018

14.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ