“Qarabağ”ın U-19 komandasındakı işimə gəlincə, oradakı fəaliyyətimi başa vuracam” - Rəşad Sadıqov

13.12.2017 | 745 dəfə oxunub

“İlk növbədə, mənə inanıb etimad göstərdiyinə görə AFFA rəhbərliyinə və milli komandanın baş məşqçisi Qurban Qurbanova təşəkkür edirəm".

Stadium.Az xəbər verir ki, bu sözləri 20 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının yeni baş məşqçisi Rəşad Sadıqov deyib.

Təyinatı ilə bağlı AFFA-nın rəsmi saytına açıqlama verən gənc məşqçi çox məsuliyyətli bir işə başladığını bildirib:

"Millidə çalışmaq həm qürurverici, həm də çox məsuliyyətlidir. Əvvəlcə mənə yalnız U-20 yığmasını çalışdırmaq təklif olunmuşdu. Ancaq sonra AFFA-nın baş katibi Elxan Məmmədov və Qurban müəllimlə görüşümüz oldu və U-21 yığmasının da baş məşqçisi olmağımı istədiklərini dedilər.

Qurban müəllim milli komandalar arasında yeniyetmə və gənclərin itməməsi, daim beynəlxalq oyun təcrübəsinə malik olması üçün U-18 və U-20 yığmasının yaradılmasını istədi. Bildiyiniz kimi, U-20 yığmasına cəlb olunacaq 1998 və 1999-cu il təvəllüdlü futbolçular növbəti seçmə mərhələdən artıq U-21 yığmasına keçəcək. Həm də nəzərə almalıyıq ki, seçmə mərhələnin başa çatmasına az qalıb və indidən növbəti yaş qrupunu hazırlamaq lazımdır.

Bu məqsədlə hər iki yığmanı mənə həvalə etdilər. Qarşıdakı oyunlarda həm də növbəti seçmə mərhələ üçün komandanı formalaşdırmağa çalışacam. 1998 və 1999-cu il təvəllüdlü futbolçulardan ən yaxşılarını təcrübə qazanmaları üçün U-21 yığmasına da cəlb edəcəyik.
 
“Qarabağ”ın U-19 komandasını da çalışdıran R.Sadıqov bu fəaliyyətini başa vuracağını qeyd edib:

"Futbolçuların seçimi ən çox diqqət yetirməli olduğumuz məqamdır. Milli komandaya işini sevən, qarşısına böyük məqsədlər qoyan və milli formaya dəyər verən futbolçular dəvət alacaq. U-20 yığmasındakı fəaliyyətim əsasən may ayından sonra başlayacaq. Yoxlama oyunları keçirməyi planlaşdırırıq. Növbəti seçmə mərhələyə qədər komandanı formalaşdırmağa çalışacam. Bundan sonra isə həm U-20, həm də U-21 yığmasının baş məşqçisi ayrı olacaq. “Qarabağ”ın U-19 komandasındakı işimə gəlincə, oradakı fəaliyyətimi başa vuracam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

22.06.2018

02:58  Braziliyanın ikinci oyunu - YENİLƏNİR

21.06.2018

23:34  Fransa – Peru 1:0 VİDEO

21:23  Argentina – Xorvatiya - HEYƏTLƏR

18:23  Fransa – Peru - HEYƏTLƏR

16:06  Messi ağlayır

15:23  Danimarka - Avstraliya - HEYƏTLƏR

00:16  İran - İspaniya 0:1 VİDEO

20.06.2018

21:17  İran - İspaniya - HEYƏTLƏR

18:30  Uruqvay - Səudiyyə Ərəbistan - HEYƏTLƏR

15:22  Portuqaliya - Mərakeş - HEYƏTLƏR

02:39  Seneqalın qələbəsi VİDEO

01:36  Misirin məğlubiyyəti VİDEO

19.06.2018

23:22  Yaponiyanın qələbəsi VİDEO

15:51  Kolumbiya Yaponiya - heyətlər

14:23  "Qarabağ"ın rəqibi məlum oldu - YENİLƏNİB

12:33  Gunun oyunlarına necə baxaq? - TV AFİŞA

18.06.2018

23:26  İsveçin qələbəsi VİDEO

21:44  Tunis Ingiltərə - heyətlər

18:16  Belçika Panama - heyətlər

15:44  İsveç Cənubi Koreya - heyətlər

17.06.2018

   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail