AFFA klubları cəzalandırıb

13.12.2017 | 383 dəfə oxunub

İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.Az iclasda qəbul olunan qərarları təqdim edir. 

- Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Keşlə” – “Kəpəz” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. 

- Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

- Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Qarabağ” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Sumqayıt” klubunun 1 №-li futbolçusu Fərhad Vəliyev sonuncu ümid fouluna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

- I Divizionun XIII turunun “Binə” – “Zaqatala” matçında “Binə” və “Zaqatala” klublarının  4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

- Oyunun 10-cu dəqiqəsində “Binə” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə 80 manat cərimə olunur.

- I Divizionun XIII turunun MOİK – “Xəzər” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

- I Divizionun XIII turunun “Ağsu” – “Turan Tovuz” matçının 75-ci dəqiqəsində “Ağsu” klubunun 14 №-li futbolçusu Əlimərdan Əlimərdanlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər
   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ