Həmyerlimiz Türkiyədə ilin idmançısı seçilib

14.12.2017 | 483 dəfə oxunub

Azərbaycanlı atlet Ramil Quliyev Türkiyənin ən yaxşısı seçilib. Stadium.Az xəbər verir ki, “ay-ulduzlular”ın şərəfini qoruyan həmyerlimiz Türkiyə Jurnalistlər Cəmiyyətinin səsverməsində hamını qabaqlayıb.

41 ildir təşkil edilən Sedat Simavi mükafatlarından biri Quliyevə qismət olub. O, ən yaxşı idmançı nominasiyasının qalibi seçilib.

Ramil bu mükafata Londonda Türkiyəyə dünya çempionatının ilk qızıl medalını qazandırdığı üçün layiq görülüb. Quliyev təlim-məşq toplanışında olduğu üçün mükafat “Fənərbaxça”nın atletika şöbəsinin cavabdehi Gürsəl Özyurt Seçiciyə cəmiyyətin sədri Şenes Erzik tərəfindən verilib. Erzik uzun illər UEFA-nın vitse-prezidenti vəzifəsində çalışıb.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər
   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ