Vladimir Kliçkonun son döyüşünün xalatı 215 min dollara satılıb

15.12.2017 | 3221 dəfə oxunub

Ukraynalı peşəkar boksçu Vladimir Kliçkonun karyerasında sonuncu döyüşü zamanı geyindiyi xalat hərracda 215 min dollara satılıb.

Stadium.Az xəbər verir ki, 41 yaşlı idmançı bu barədə şəxsi “Twitter” hesabında yazıb. Kliçkonun britaniyalı Entoni Coşua ilə döyüş zamanı geyindiyi xalatın satışından əldə olunan vəsait xeyriyyəçiliyə yönəldiləcək. Bu missiyanı isə “Kliçko Fondu” yerinə yetirir.

Vladimir Kliçko bu ilin avqustunda peşəkar boksçu karyerasını bitirdiyini açıqlayıb. O, superağır çəkidə Ümumdünya Boks Təşkilatının (WBO, 2000-2003, 2008 - 2015), Beynəlxalq Boks Federasiyasının (IBF, 2006 - 2015), Ümumdünya Boks İttifaqının (WBA, 2011 - 2015) versiyalarına əsasən çempion olub.

Ukraynalı boksçu 2015-ci ilin noyabrında britaniyalı Tayson Fyuriyə uduzub və 3 dünya çempionu titulunu itirib. Vladimir Kliçko son döyüşünü bu il aprelin 27-də Entoni Coşuaya qarşı keçirib və 11-ci raundda texniki nokautla məğlub olub. O, karyerası ərzində 53-ü nokautla olmaqla, 64 görüşdə qalib gəlib və 5 dəfə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail