Qurban Qurbanov: "Düşünməyin ki, hər şeyi mən tək həll edirəm" - MÜSAHİBƏ

16.12.2017 | 4326 dəfə oxunub

"Qarabağ" ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda səfərdə "Sumqayıt"a 2 cavabsız qolla məğlub olaraq turnirlə vidalaşdı. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizə ancaq "Sumqayıt"ı təbrik etmək qalır. İki oyunun nəticəsinə görə layiqli qələbə qazandılar. 

Hər zaman kubok oyunlarından ehtiyat etmişəm ki, istənilən nəticə ola bilər. Futbolçularında üstünə çox getmədim. Futbolçularda da yorğunluq hiss olunur. Yenə də, futbolçularıma təşəkkür etdim. Bizim üçün çox ağır il oldu. Amma uğurlu nəticələrimiz də oldu.

- Ndlovu və Almeyda meydana nə üçün çıxmamışdı?

- Riçard Almeydanın və Dino Ndlovunun ilk oyunda əzələsində dartılma oldu. Buna görə də meyana çıxa bilmədilər.

- Futbolçularda sanki bir arxayınlıq vardı. Rəqiblə oyundan çox futbolçular evə getməyi düşünürdü sanki...

- Mənim də futbolçu olduğum dönəmdə belə hallar yaşanıb. Deyə bilmərəm ki, elə şey yox idi. Bunu hardasa hiss etmək olurdu. İlin son oyunu olduğundan hamı istirahətə getməyi daha çox düşünür.

- Millinin baş məşqçisi kimi "Sumqayıt"dan namizədləriniz varmı?

- Bu gün fikir bildirə bilmərəm. Hər xətdə olan yerli futbolçulara böyük diqqət ayırırıq. Boş vaxt olduqda oyunların analiz edəcəyik. Təkcə "Sumqayıt"da olan yox, bütün komandalardakı yerli oyunçuları. Sabah hər şey ola bilər.

- Fasilədə heyətdə dəyişiklik edəcəksiz?

- Konkret bir futbolçumuz yoxdur, gedəsi. Hər birinin bizimlə müqaviləsi var. Kimsə özü getmək istəsə bunu düşünə bilərik. Amma müqaviləsi olana da get deyə bilmərik.

- Xaricdən bir neçə futbolçunuza təkliflər olduğu bildirilir. Sata bilərsiz?

- Ciddi bir təklif yoxdur. Bu barədə düşünməyin də yeri yoxdur. Dinoyla bağlı ciddi olmayan bir təklif gəlmişdi, Çindən. Ancaq ortada real bir təklif yoxdu.

- Heyəti gücləndirməyi düşünürsüz?

- Bəli, düşünürük. Yerli futbolçulardan kimisə almağa inanmıram. Çünki klubları buraxmaz. Qışda futbolçu almaq daha çətindir. Hər xətdə yeni futbolçu istəyirik.

- Tərlan Əhmədov da bildirmişdi ki, Rahid Əmirquliyevi sizdən istəyəcəklər. Bunu ediblər?

- Bizə rəsmi heç bir təklif olmayıb. Mən də bunu mətbuatdan oxumuşam. Rahid bizim əsas futbolçularımızdan biridir. Rahidə güvənir və etbar edirik. O, bizim orta xətdə 4 əsas futbolçumuzdan biridi.

- Qış fasiləsində millinin və "Qarabağ"ın toplanışın aparmaq ağır olmayacaq?

- Bir komandanın işin aparmaq belə ağırdı. Biz bunun ağır olduğunu düşünsək gərək heç işləməyək. Amma sizdə düşünməyin ki, hər şeyi mən tək həll edirəm. Komandada hərənin öz işi var. Transferdə də 10 futbolçu ola bilər ki, mən onlardan ancaq ikisinə baxa bilərəm. Getdikcə təcrübəmiz də artır. Daha tez məlumat toplaya bilirik. Yerli futbolçu seçməyimiz isə çətin deyil. İl boyu gözümüzün qabağında olur.

- Niyə U-20 və U-21-i Rəşad Sadıqova, ancaq U-18 və U-19-u fərqli məşqçilərə tapşırmısız?

- Çünki U-18-in rəsmi yarışı yoxdu. Ancaq U-20 və U-21-lərdə durum fərlidi. 21 yaşlılara futbolçular elə 21-dən gəlir. Bunun üçün də belə addım atmışıq. 18-lər üçün isə biz özümüz turnirlər tapmalıyıq. Rəşadın da potensialına bələdəm. İllərlədi bir yerdəyik. Sistemimiz də eynidi. Söhbət etmək üçün də vaxtımız çox olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail