Fariz Yusifov: "Mən Azərbaycan futbolunda ad qoyub gedən hakimlərdən olacam"

16.12.2017 | 3214 dəfə oxunub

Fariz Yusifov ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Neftçi” – “Zirə” matçından sonra qonaq komandanın yarımmüdafiəçisi Milan Duriçin hakimliklə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Stadium.Az xəbər verir ki, keçmiş FİFA referisi Qol.az-a açıqlamasında başda Duriç olmaqla, Azərbaycanda çıxış edən bütün əcnəbi futbolçulara xəbərdarlıq edib:

“Duriç dediyi sözə görə məsuliyyət daşıyır. Bununla bağlı rəhbərliklə danışmışam. Ona başa salmaq lazımdır ki, Fariz Yusifov dünənki hakim deyil.

20 ildir Azərbaycan futboluna xidmət edirəm.Yerindən duran əcnəbi hakimliyimiz haqda bu cür ifadələr işlədir. Azərbaycana dünən gəlib, biz isə futbolda saç ağartmışıq. Adamın vicdanı olar.

Yəqin ki, oyunun analizinə baxacaqlar və görəcəklər ki, biz meydanda nə etmişik. “Zirə”yə qarşı hansı ədalətsizliyi etdik ki, ağızlarına gələni danışırlar? Əcnəbilər Azərbaycana gəlirlər, 1-2 il gəzib gedirlər. Burada qalan bizlərik. Başda Duriç kimi futbolçular olmaqla, onların nəzərinə çatdırım ki, Azərbaycanda hakimlik məktəbi olub. Nəsə danışanda diqqətli olsunlar ki, kimdən və nədən bəhs edirlər.

Mən Azərbaycan futbolunda ad qoyub gedən hakimlərdən olacam. Ona görə də əcnəbi futbolçulara xəbərdarlıq edirəm: hakimlik haqda danışanda diqqətli olsunlar”.

Duriç 0:2 hesabı ilə uduzduqları oyundan sonra hakimi ədalətsiz idarəçilikdə günahlandırmış, “Fariz Yusifov meydanda “Neftçi”nin ən yaxşısı idi” söyləmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail