"Tərlan Əhmədov: “Yaxın günlərdə ilk legioner transferi olacaq”"

10.01.2018 | 1374 dəfə oxunub

“Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov klubun rəsmi saytına müsahibə verib.

- Çempionatın ikinci hissəsinə hazırlıq necə keçir?
- Hazırda təlim-məşq toplanışının ilk mərhələsi davam edir. Daha çox fiziki hazırlığa üstünlük veririk. Sevindirici haldır ki, bütün futbolçular ağır yükləmələri qəbul edə bilirlər. Komandada yüksək əhval-rühiyyə var. Futbolçularımıza qış fasiləsi ərəfəsində fərdi hazırlıq planı verilmişdi. Görünür, komandamızın hər bir üzvü fəal istirahət edərək fərdi tapşırıqları yerinə yetirib. Antalyada keçiriləcək ikinci mərhələdə isə texniki və taktiki məşqlərə xüsusi nəzər yetiriləcək. Türkiyədə 5 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Yorgunluq fonunda keçiriləcək bu matçlar həm istədiyimiz oyun üslubumuzun təkmilləşməsi, həm də yeni futbolçuların komandaya uyğunlaşması baxımından əhəmiyyətlidir.

- İstədiyiniz transferləri həyata keçirə bilirsinizmi?
- Klub rəhbərliyi ilə birgə müəyyənləşdirdiyimiz transfer siyasətinə uyğun işlər gedir. Prezident Orxan Hüseynzadə bütün işlərə şəxsən nəzarət edir və bizə bacardığı dəstəyi verir. Problemli mövqelər üzrə kifayət qədər çox futbolçuları izləmişik. Bu proses indi də davam edir. Tələsmək də istəmirik. Seçim zamanı hər bir nüansa diqqət etmək lazımdır. Bu işdə səhvə yol vermək olmaz. Düzdür, qış fasiləsi zamanı yaxşı oyunçu tapmaq asan deyil. Bundan əlavə, yerli futbolçu qıtlığı da var. Yalnız onu deyə bilərəm ki, bizə lazım olan mövqelərə keyfiyyətli, komandamızı gücləndirəcək legionerlər transfer olunacaq. Təbii ki, büdcə imkanları çərçivəsində.

 - Bəzi futbolçularla yanaşı, keçən il müqaviləsi yenilənən Uqo Barqas da komandanı tərk etdi...
- Uqo Barqas özü komandadan getmək istədiyini bildirdi. Getmək istəyən futbolçunu komandada saxlamağın mənası yoxdur. Buna görə də qarşlıqlı razılaşma əsasında onunla müqaviləyə xitam verildi. Barqasın əvəzinə hücumçu axtarışı davam edir. Daha güclü futbolçular tapmağa çalışırıq. Azarkeşlərimiz narahat olmasın, Barqasdan daha səviyyəli və daha çox qol vuran yeni forvard görəcəklər.

- Başqa hansı mövqelərə oyunçu axtarışları davam edir?
- Hücumçudan başqa ilk növbədə hücumameylli sol cinah yarımmüdafiəçisinə və dayaq yarımmüdafiəçisinə ehtiyacımız var. Qeyd etdiyim kimi, namizədlər kifayət qədər çoxdur. Hər bir futbolçu ciddi şəkildə izlənilir və onun haqda bütün məlumatlar öyrənilir. Qərarımızı da buna görə verəcəyik. Çünki qarşıda bizi çox ciddi sınaqlar və güclü rəqiblər gözləyir. Hər hansı problem çıxmasa yaxın günlərdə ilk legioner düşərgəmizə gələcək.

- Azarkeşlər bu mövsüm həm də “Neftçi”dən titul və avrokuboklara vəsiqə gözləyirlər...
- Əvvəla azarkeşlərimizə dərin təşəkkürümü bildirmək istəyirəm. Evdə və ya səfərdə olmasına baxmayaraq bütün oyunlarda komandanı sonacan dəstəkləyirlər, hər zaman sevimli komandalarının yanındadılar. Klub rəhbərliyi, məşqçilər və futbolçular daim onların dəstəyini hiss edir. Bugünədək qazandığımız bütün qələbələrdə fanatlarımızın böyük payı var. “Neftçi”nin yetirməsi olaraq onları yaxşı başa düşürəm. Bu klub daim zirvədə olmalıdır. Təəssüf ki, çempionatın əvvəlində çox xallar itirilib. Bununla belə, artıq komandanın oyun dəst-xəttinin formalaşması gələcəyə nikbin baxmağa imkan verir. Qış fasiləsindən sonra mümkün qədər yuxarı pillələrə yüksəlməyə çalışacağıq. İlk növbədə isə ölkə kubokunu qazanmaq üçün mübarizə aparacağıq. İnanıram ki, biz birlikdə hədəfimizə çatacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Efirə lüt çıxacaq - ölkəsi çempion olsa
Son xəbərlər

21.06.2018

00:21  Argentina qələbə arzusunda - YENİLƏNİR

00:16  İran - İspaniya 0:1 VİDEO

20.06.2018

21:17  İran - İspaniya - HEYƏTLƏR

18:30  Uruqvay - Səudiyyə Ərəbistan - HEYƏTLƏR

15:22  Portuqaliya - Mərakeş - HEYƏTLƏR

02:39  Seneqalın qələbəsi VİDEO

01:36  Misirin məğlubiyyəti VİDEO

19.06.2018

23:22  Yaponiyanın qələbəsi VİDEO

15:51  Kolumbiya Yaponiya - heyətlər

14:23  "Qarabağ"ın rəqibi məlum oldu - YENİLƏNİB

12:33  Gunun oyunlarına necə baxaq? - TV AFİŞA

18.06.2018

23:26  İsveçin qələbəsi VİDEO

21:44  Tunis Ingiltərə - heyətlər

18:16  Belçika Panama - heyətlər

15:44  İsveç Cənubi Koreya - heyətlər

17.06.2018

21:20  Braziliya – İsveçrə - HEYƏTLƏR

21:07  Almaniya – Meksika 0:1 VİDEO

18:31  Almaniya – Meksika - HEYƏTLƏR

15:40  Kosta Rika – Serbiya - HEYƏTLƏR

15:16  Neymarın yeni imici - FOTO

01:30  Xorvatiya - Nigeriya 2:0 VİDEO

00:48  Peru - Danimarka 0:1 VİDEO
   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail