Vqif Cavadov: "Əgər küssəydim..." - MÜSAHİBƏ

11.01.2018 | 5639 dəfə oxunub

“Keşlə”nin yeni transferi Vaqif Cavadov bu gün I divizion təmsilçisi “Qaradağ Lökbatan”la (3:1) keçirilən yoxlama görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb:

- "Keşlə" ilə müqavilə bağlamısan?

- Bəli.

- Şərtləri necədir?

- 6 ay + 1 il.

- Bir ara dedilər ki, "Keşlə"dəsən. Sonra yenidən qeybə çəkildi. Nəhayət, sonda "Keşlə" ilə müqavilə bağladın. Bunun səbəbi nə oldu?

- Şərtlərlə bağlı idi. Həm onlar düşündü, həm də biz. Sonda razılaşa bildik.

- Bir müddət əvvəl "İnter"də çıxış etmisən və kapitanlıq bazubəndini daşımısan. Əvvəlki komanda ilə indikini necə müqayisə edərdin?

- Özünüz də bilirsiniz ki, çox böyük fərq var. Amma indi toplaşmışıq. İnanıram ki, əvvəlki komandanı qaytarmaq olar. Yeni oyunçular da gələcək. Kamran Ağayev də bizimlədir. İnanıram ki, futbolçular yaxşı forma yığacaq. Qışda sonra yaxşı çıxış edəcəyimizə ümid edirik.

- Bir müddət futbol oynamadın. Özünü necə hiss edirsən?

- Məncə, hər şey yaxşıdır. Mənim üçün problemi yoxdur. Hazırlıqlara yeni başlamışıq. Çempionata tam hazır olacağıq.

- Yaxşı karyeran olub. "Tvente"yə kimi gedib çıxdın. Lakin son zamanlar klublara lazım olmadın...

- Deməzdim belədir. Bəzi nüanslar var. Hər şeyi açıqlamaq istəmirəm.

- Kimlərsə mane oldu?

- Ola bilər. Mənim heç kəslə problemim yoxdur. Ola bilər ki, kiminsə mənimlə problemi olsun. Ancaq mənim yoxdur və olmayacaq da. 

- Yəni ki, "Tvente"də sənin karyerana mane olanlar olub?

- Onu mən deyə bilmərəm. Allah eləsin ki, hər bir futbolçuya mənim karyeramı yaşamaq nəsib olsun. Elə bir yaşım yoxdur ki, futbolla vidalaşım. Elə şey ola da bilməz. Futbolumuzu oynayırıq.

- Əvvəlki Vaqif Cavadovun görə bilərik?

- Hər şey mümkündür. 40 yaşım yoxdur ki... Hər şey futbolçudan asılıdır.

- Hədəflərin nədir?

- Artıq "Keşlə"dəyəm. Hədəfimiz ölkə kubokudur. Premyer Liqada da yaxşı yerlərə getmək istəyirik.

- Kimlərəsə nəsə sübut etmək istəyirsən?

- Heç kimə sübut etməyə ehtiyacım yoxdur. Özüm-özümə edəcəm.

- Milli komandamızın aparıcı üzvlərindən biri idin. Yenidən yığma formanı geyinə bilərsən?

- Oyunumla nail ola bilərəm. Buna baş məşqçi qərar verəcək. Siz elə deyirsiz ki, elə bil ki, 40 yaşım var və mən futboldan gedirəm. Meydanda kim yaxşı oynasa, Qurban Qurbanov da dəvəti onlara göndərəcək.

- Qurban Qurbanovun təyinatı barədə nə deyə bilərsən?

- Çoxdan gözlənilirdi. Azərbaycanda yerli məşqçilərdən 1 nömrəli namizəd məhz Qurban müəllim idi. Çətin işdi. Ona uğurlar arzu edirəm. Siz media mənsubları da Qurbanova dəstək nümayiş etdirin. Prosineçkili, Foqtslu yığma uduzanda tənqidlər olmurdusa, Qurbanovlu yığma üçün də olmasın. Çünki futbolda məğlubiyyət qaçılmazdır.

- Berti Foqtsu az tənqid etmişik?

- 6 il Berti Foqts yığmada çalışdı. Düzdü, deyirdiniz. Amma onu sonda postunda qalırdı. Mediadan çox şey aslıdı. Qurban müəllimə hamı kömək etməldir.

-  Mətbuatdan küsmüsən?

- Xeyr. Əgər küssəydim, sizə müsahibə verməzdim. Mən hər zaman suallarınıza cavab verməyə hazıram.

- 6 il ərzində heç bir futbolçu Berti Fotqsun əleyhinə danışmayıb...

- Ola bilər. Amma yığmadakı legionerlə bağlı suallara həmişə mən və Mahir Şükürov cavab verib. Amma Prosineçkinin dönəmində milli üzvlərinə legionerlərlə bağlı suallar ünvanladığını görməmişəm. Amma mən həmişə həmin sualları cavablandırmışam. Arxivlərdə var. Media ilə dostluq etmişəm hər zaman.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail