"Mançester Yunayted" bu hücumçularl maraqlanır

12.01.2018 | 1921 dəfə oxunub

"Mançester Yunayted" qış transfer pəncərəsində hücumçu axtartışına çıxıb. Stadium.Az "The Telegraph"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın transfer siyahısında Aleksis Sançez (Arsenal), Ceymi Vardi (Lester) və Xavyer Ernandesin (Vest Hem) adı var.

Baş məşqçi Joze Mourinyo Zlatan İbrahimoviçin formada olmamasına görə Romelu Lukakuya kömək edə biləcək futbolçu istəyir. Markus Reşford və Antoni Marsialı portuqal mütəxəsis cinah oyunçusu kimi nəzərdən keçirir.

"Yunayted"in transfer siyahısında olan futbolçulardan ən bahalısı hazırda Ceymi Vardidir. "Lester" onun buraxılış qiymətini 35 milyon funt müəyyənləşdirib.

Sançezin "Arsenal"la müqaviləsi mövsümün sonunda başa çatır. İngiltərə mətbuatı Mourinyonun həmkarı Arsen Venqerə zəng vuraraq çilili forvardın əvəzinə Henrik Mxitaryanı "topçular"a göndərməyi təklif etdiyini yazır.

"Manikunianlar" Aleksisə həmşəhərliləri "Mançester Siti"dən daha çox məvacib ödəməyə hazırdır. 2010-15-ci illərdə "Yunayted"in şərəfini qorumuş Xavyer Ernandesə isə 16 milyon funt qiymət qoyulub. Meksikalı hücumçu alternativ variant kimi nəzərdən keçirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

14.12.2018

02:54  "Qorxaqlar belə hərəkət edirlər" - Qurban Qurbanov

02:00  "Qarabağ" "Arsenal"a məğlub oldu - YENİLƏNİB

13.12.2018

22:58  "Arsenal" - "Qarabağ" -HEYƏTLƏR

13:19  "Real"ın məğlubiyyəti VİDEO

13:16  "Ayaks" - "Bavariya" VİDEO

12.12.2018

11:25  "Srvena Zvezda" - PSJ 1:4 VİDEO

11.12.2018

12:29  1/4final mərhələsinin püşkü - Ölkə kuboku

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi