Mahir Şükürov: "Rəşad ən yaxşı deyil"

13.01.2018 | 2571 dəfə oxunub

Azərbaycan millisinin keçmiş müdafiəçisi Mahir Şükürov “CBC Sport” telekanalında yayımlanan “3-cü hissə” verilişində qonaq olub.

Stadium.Az xəbər verir ki, karyerası ərzində müxtəlif klublarda çıxış etmiş və son olaraq uzun illər oynadığı “Neftçi”nin formasını geyinmiş sağ cinah müdafiəçisi maraqlı açıqlamalar verib.

Şükürov yaxınlarda sosial şəbəkədə paylaşdığı forma kolleksiyası haqqında danışarkən, “Neftçi”nin heyətində İtaliya “İnter”i ilə oynadığı vaxt formasını əldə etdiyi Filippe Koutinyonun gələcəkdə yaxşı futbolçu olacağını “gördüyünü” deyib.

Mahir “Azərbaycanda müstəqillik dövrünün ən yaxşı futbolçusu Rəşad Sadıqovdurmu?” sualını da cavablandırıb. O bu fikirlə razılaşmadığını bildirib:

“Oynadığım hər yerdə - istər xaricdə, istərsə də, Azərbaycanda özümü həmişə ən yaxşı saymışam. Müstəqillik dövrünün ən yaxşısı kimi Rəşadı seçmək isə məncə, yanlışdır. O gəlib mənim mövqeyimdə, mən də onun yerində oynaya bilmərəm. Hərə öz mövqeyində ən yaxşı seçilməlidir. Kamran Ağayev var, Vaqif Cavadov var, Qurban Qurbanov və s. Mən, məsələn, öz mövqeyimdə həmişə özümü hamıdan yaxşı hesab edirəm. Bizim vaxtımızla indini müqayisə etsək, bu gün millinin sağ cinahı çox zəifdir”.

Şükürov proqramın aparıcısı Elnur Məmmədlinin “Təmkin Xəlilzadə hazırda cinahda yaxşı oynasa da, nədənsə, asmalardan çox istifadə etmir. Daha çox cərimə meydançasına girməyə can atır. Sanki millidə bu nüans çatışmır” iradını da özünəxas şəkildə cavablayıb:

“Mahir gedəndən sonra olmayacaq da. Məndə bu, Allah vergisi idi, qıldığım namazların, duaların nəticəsi idi”.

Azərbaycan futbolunun əsas problemlərindən biri - oyunçuların legioner həyatı yaşaya bilməmələri də verilişdə müzakirə olunub. Millinin keçmiş üzvü bunu belə şərh edib:

“Azərbaycanlıların mentaliteti bir az fərqlidir. Bizdə evə qarşı istiqanlılıq var. Kənara gedirsən, ev üçün darıxırsan, qayıdırsan. Yaşın keçəndən sonra da düşünürsən ki, səhv etmişəm. Ona görə də biz avropalılardan 5-10 il geriyik. Onlar bu kimi şeyləri əvvəldən düşünürlər”.

Sözügedən verilişdə tamaşaçıların suallarına da yer verilib. O, “Neftçi”yə ikinci qayıdışı ilə bağlı suala cavab verərkən orda “dedovşina” olduğunu bildirib:

“Dedovşina" hər klubda var. Elə də olmalıdır. Heyəti cavanlaşdıranda gördünüzmü ki, “Neftçi” nə hala düşdü? O vaxt mən var idim, Rəşad var idi, düşdük Avroliqaya. Hərəmiz bir tərəfdən qışqırırdıq, gənclər də oynayırdılar. Bizim vaxtımızda belə deyildi. Uşaq-böyük münasibəti, mərdlik, kişilik var idi. Xəbərçilik yox idi. Məsələn, oyundan sonra gözləyirdik ki, böyüklər duşdan çıxsın, sonra biz girək, indi elə şeylər qalmayıb”.

Futbolçunun ən maraqlı etirafı isə siqaret çəkməsi ilə bağlı olub:

“Bəli, futbolçu olanda da siqaret çəkirdim. Dünyada futbolçuların əksəriyyəti çəkir. Çəkirdim də, oynayırdım da. “Karşıyaka”da olanda baş məşqçi Yusuf Şimşək özü təklif edirdi ki, götür çək, rahat ol”.

“Futbolçu olduğun vaxtlarda əsas rəqibin kim idi?” sualına Mahir Şükürov özünə məxsus tərzdə cavab verib: “Futbolçu olduğum illərdə mənim rəqibim ancaq özüm idim. Bütün oyunlarda meydana çıxırdımsa, deməli rəqibim yox idi”.b



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2018

08:42  Almaniya sonda güldü VİDEO

08:38  Meksikanın qələbəsi VİDEO

23.06.2018

20:20  Belçikanın qələbəsi VİDEO

15:40  Belçika Tunis - heyətlər

13:26  "Onların güclü heyəti var, ancaq bizim də ..." - "Olimpiya"nın baş məşqçisi

22.06.2018

21:21  Serbiya – İsveçrə - HEYƏTLƏR

18:19  Nigeriya – İslandiya - HEYƏTLƏR

15:17  Braziliya – Kosta Rika - HEYƏTLƏR

21.06.2018

23:34  Fransa – Peru 1:0 VİDEO

21:23  Argentina – Xorvatiya - HEYƏTLƏR

18:23  Fransa – Peru - HEYƏTLƏR

16:06  Messi ağlayır

15:23  Danimarka - Avstraliya - HEYƏTLƏR

00:16  İran - İspaniya 0:1 VİDEO

20.06.2018

   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail