Derbidə dava, və yeni rekord

05.02.2018 | 3025 dəfə oxunub

İspaniya La Liqasının 22-ci turunda "Espanyol" və "Barselona" arasında baş tutan katalon derbisində qalib müəyyənləşməyib - 1:1.

Stadium.Az xəbər verir ki, oyun başa çatandan sonra Serxio Qarsiya və Samuel Umititi arasında gərgin mübahisə yaranıb. "Barselona"nın müdafiəçisi Pike tunneldə aranı sakitləşdirməyə nail olub.

Fransalı futbolçu Qarsiya tərəfindən rasizmə məruz qalmasına görə özündən çıxıb. "Espanyol"un futbolçusu daha sonra üzr istəyib və Umititi də sakitləşib.

Matçın baş hakimi Xesus Jil Manzano insidenti qeyd etsə də, mübahisənin xırdalıqlarını protokola yazmayıb. Derbidə gərginliyin artmasına əsas səbəb Pikenin son günlər verdiyi açıqlamalar və son oyunda bərabərlik qolundan sonra "Espanyol" azarkeşlərinə dönərək susmaq işarəsi göstərməsi olub. Yanvarın 25-də İspaniya Kubokunun 1/4 finalında baş tutan oyundan sonra Pike "Espanyol"u Kornelya təmsilçisi adlandırmışdı. Kornelya Barselona şəhərinin ətrafında yerləşir. "Espanyol" ev oyunlarını 2009-cu ildən burda tikilən "Cornella-El Prat" stadionunda keçirir.

"Son həftə baş verənlərdən sonra qolu qeyd etmək xüsusi idi. Rəqibin bəzi azarkeşləri mənə və ailəmə uzun müddətdir təhqir ünvanlayır. Onlar bildirmək istədim ki, sakit olsunlar. Ola bilsin, bunu etməməli idim. "Espanyol"un yaxşı azarkeşlərini də tanıyıram. Bəlkə də, bu jestim müəyyən şeyləri gizlədən klub və onun sahiblərinə aid edilməlidir. Keçən dəfə dedim ki, klub Kornelyanı təmsil edir. Başa düşürəm, bu sözüm onları narazı salıb. Amma "Espanyol"un Kornelyada oynadığını demək hörmətsizlik deyil, faktdır. Klub rəhbərliyi bundan şikayət edir, lakin ailəmə qarşı təhqirləri araşdırmır. Əsl hörmətsizlik budur" - Pike qarşılaşmadan sonra deyib.

"Barselona" tarixində ilk dəfə İspaniya Primerasında ardıcıl 22 oyunda uduzmamaqla (18 qələbə, 4 bərabərlik) 8 il öncəki rekordunu yeniləyib. 2009/10 mövsümündə Xosep Quardiolanın rəhbərliyi altında katalonların La Liqada uğurlu seriyası 21 oyun olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail