Tərlan Əhmədov: "Ramin Musyevə deyin, nə narkomanam, nə "alkaş"

06.02.2018 | 6122 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov PFL prezidenti Ramin Musayevin ondan inciməsi haqda açıqlamasına toxunub. Stadium.Az  xəbər verir ki, Əhmədov Musayevin ünvanına xoş danışmağa cəhd etsə də, əslində sətiraltı sözlərlə Musayevə kəskin cavab verib:

"Ramin müəllim böyük qardaşımdır. Açığı, qardaş qardaşdan küsə də, inciyə də bilər. Həyatda hər şey mümkündür. Küsübsə də, inciyibsə də, deməli, səbəbi var, haqlıdır. Bunu Musayevə necə deyiblərsə, çatdırıblarsa, bilmirəm. Hər bir insanın fərdi həyat tərzi var. Nə narkomanam, nə "alkaş"am ki, hər gün içib hardasa... Ümumiyyətlə, mənim aləmimdə içki, narkotika, qumar söhbəti yoxdur. Bu səbəbə görə bir çox dostumu həyatdan silmişəm. Mənim həyatımda bunlar yoxdur.

Mənim şəxsi həyatım var. Bunu müzakirəyə çıxaranları, buna qarışanları başa düşə bilmədim. Niyə onlar şəxsi həyatımla bu qədər maraqlanıblar və Ramin müəllimə başqa cür çatdırıblar? Hər halda Ramin Musayev inciyibsə, haqqı var. Mən də bundan nəticə çıxaracağam. Başa düşdüyüm qədərilə insanlar cəmiyyət işə o qədər də önəm vermir, yalnız şəxsi həyatımızla maraqlanırlar. Mən heç vaxt heç kimin şəxsi həyatı ilə maraqlanmıram. Hətta görsəm belə, buna qarışmaram. Kimisə şəxsi həyatı ilə gündəmə gətirmək Allaha da xoş getməz. Gətiriblərsə də, çox sağ olsunlar, məni reklam edirlər. Amma mənim öz həyat tərzim var. Dost-tanışım da bilir ki, mən kiməm, işdən sonra hara gedə, nə edə bilərəm. Ramin müəllimə elə deyiblər. Vaxt gələr hər şey öz yoluna düşər. Onun incikliyini aradan qaldırmaq üçün addımlar atacağam. Sözü elə çatdırıblar ki, ortaya inciklik düşüb. Hər şey öz yoluna qoyulacaq.

Bizim işimiz nəticəyə bağlıdır. Bu, elə bir söz-söhbət deyil ki, şişirdib gündəmə çıxarasan. Mən də kiminsə şəxsi həyatına girişsəm, çox şey çıxara bilərəm. Amma bu, mənim həyat tərzim deyil. Mənim necə yaşamağımın işə heç bir aidiyyatı yoxdur. Nə mənə kiminsə, nə də kiminsə mənə şəxsi həyatının aidiyyatı var. "Kəpəz" üzərində qələbə qazanıb-qazanmamağımızdan asılı olmayaraq, belə söz-söhbətlərin oyunların nəticələrinə heç bir aidiyyatı yoxdur".

PFL prezidenti Ramin Musayev bu günlərdə Əhmədovdan incidiyini, onun bəzi zamanlar vaxtının çoxunu klubdan kənarda keçirdiyini bildirib.

Image result for ramin musayev



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail