Ronaldo: "Ata olmaq həyatımda rast gəldiyim ən gözəl şeydir"

07.02.2018 | 4720 dəfə oxunub

"Real" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo İtaliyanın "GQ" jurnalına müsahibə verib. Stadium.Az əbər verir ki, ulduz futbolçu şəxsi həyatı ilə bağlı sualı belə cavablandırıb:

"Ata olmaq həyatımda rast gəldiyim ən gözəl şeydir. Övladlarım məni xoşbəxt edir. Hər bir insanın öz şəxsiyyəti və yolu var. Amma uşaqlara çox şey valideynlərdən keçir. Övladlarıma düzgün dəyərlər ötürməyə, özünü reallaşdırmağa şərait yaradacaq yaxşı təhsil verməyə ümid edirəm.

Ən böyük xoşbəxtlik vaxtımı ailəm, uşaqlarım və dostlarımla birlikdə keçirməkdir. Özümü xoşbəxt adam adlandıra bilərəm. Peşəkar səviyyədə 2 gözəl il keçirdim. Bu müddətdə klub və milli komanda ilə titullar qazandım. Hiss edirəm ki, daha bir neçə il yüksək səviyyədə futbol oynaya bilərəm".

Ronaldonun 3-ü daşıyıcı anadan olmaqla 4 övladı var. Bunları 2-si qız, 2-si oğlandır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail