Samir Əliyev: "Anlaşma istədiyimiz səviyyədə deyil"

11.02.2018 | 3168 dəfə oxunub

“Səbail”in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının XV turunda “Keşlə”lə 1:1 hesablı səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Yeni sistemdi. Heyətdə yeni futbolçular da var. Anlaşma istədiyimiz səviyyədə deyil. İnanıram ki, oyundan-oyuna hər şey düzələcək.

- Bu sistemlə mübarizə aparmaqda davam edəcəksiniz?

- Hələ bilmirik. Çox çətin sistemdi. Hətta böyük klublar da bu sistemdə əziyyət çəkirlər.

- Vüqar Nadirov bir epizodda şansı qaçırınca, onu əvəzlədiniz. Dəyişiklik bununla bağlı idi?

- Xeyr. Əvvəlcədən bunu planlaşdırmışdıq. Nurlanı da, yeni gələn hücumçunu da oynatmaq istəyirdik.

- Kərim Diniyev yeni mövqedə özünü doğrultdu?

- Kərimlə bu barədə əvvəldən söhbət etmişdik. Özünü burda rahat hiss etdiyini dedi. Bu gün ondan uzun ötürmələr də gözləyirdim. Bu gün, ümumiyyətlə, bütün futbolçulardan razı qaldım. Qarşımıza məqsəd qoyulub ki, kollektivi formalaşdıraq. Nəticə vacibdi, ancaq ən əsası oyunumuzu yaxşılaşdırmaqdı. Rəqibimiz də yeni oyunçular alıb, intizamlı futbol oynadı.

- Viktor Oseqeyl məsələsi sizin üçün qapandı?

- Onun oyun stilini "Kəpəz"də çıxış edən vaxtdan bəyənirdim. Amma zədəsi də var idi. Çox güman ki, gələn həftə yeni hücumçu bizə qoşulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail