Zidan: "Şanslar bərabərdir"

14.02.2018 | 2785 dəfə oxunub

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində sabah PSJ-yə qarşı keçirəcəkləri görüş barədə danışıb. 

Stadium.Az xəbər verir ki, fransız mütəxəssis Ronaldo və Neymarı müqayisə etməyin düzgün olmadığını bildirib:

“Biz irəli qaçmırıq, yalnız bu oyun barədə düşünürük. Rəqibimizin fransız klubu olması heç nəyi dəyişmir. Hazırda məni yalnız PSJ-yə qarşı yaxşı oynamağımız maraqlandırır. 

Bəli, mən Marseldənəm və PSJ hər zaman bizim prinsipial rəqibimiz olub. Lakin hazırda məni “Real”ın uğurları düşündürür. Ümid edirəm ki, baxımlı matça şahidlik edəcəyik. Taktiki sxem önəmli deyil. Əsas olan göstərəcəyimiz oyundur. Komandamız görüşə tam hazırdı. 

Həm Ronaldo, həm də Neymar möhtəşəm oyunçulardı. Portuqaliyalı inanılmaz uğurlara imza atıb və 5 “Qızıl top” qazanıb. Odur ki, indi bu futbolçuları müqayisə etmək düzgün olmazdı. Neymara qarşı xüsusi planımız var? Şərhsiz. 

Şanslar bərabərdir. Bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizin dəstəyinə ehtiyac duyuruq. İnanıram ki, sabah onları sevindirəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail