İspaniya mətbuatı "Qarabağ"ın atmacasından yazır

16.02.2018 | 4093 dəfə oxunub

"Qarabağ"ın rəsmi "Feysbuk" səhifəsinin dünən Avropa Liqasının 1/16 final mərhələsində "Kopenhagen" - "Atletiko" matçı öncəsi atmacalı paylaşımı İspaniyada geniş əks-səda doğurub.

Stadium.Az xəbər verir ki, ölkənin dünyaca məşhur “Marca” və “El Mundo Deportivo” nəşrləri öz səhifələrində sözügedən paylaşıma yer ayırıblar. 

“Qarabağ”ın bu paylaşımla hər iki klubu əla saldığını qeyd edən “Marca” “Atletiko”nun bundan dərs çıxarmalı olduğunu vurğulayıb.

“El Mundo Deportivo” isə “Qarabağ”dan Kopenhagendəki qurbanlarına acı salam: “Ümid edirik ki, bizi unutmayacaqsız” başlıqlı xəbərdə Ağdam klubunun “Kopenhagen”i Mahir Mədətov və Dino Ndlovunun qolları sayəsində  Çempionlar Liqasından kənarlaşdırmağı, eyni zamanda ÇL-in qrup mərhələsində “Atletiko”dan hər iki görüşdə xal alıb, komandanı Avroliqaya göndərməyi qeyd olunub.

“Qarabağ” ÇL-də bu mövsüm qarşılaşdığı 2 rəqibinə oyundan əvvəl söz atıb. “Atletiko” və “Kopenhagen”in loqolarının yer aldığı şəkili paylaşan Ağdam klubunun rəsmi “Feysbuk” səhifəsi fotonun üstündə bu sözləri yazıb: "Qarabağ"ımızı unutmayacaq iki rəqibimizə də uğurlar arzulayırıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail