Rmin Musayev: "Tərlan Əhmədovu cəzalandıracam"

17.02.2018 | 3959 dəfə oxunub

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədovla münasibətlərinə dair yeni açıqlama verib.

Stadium.Az xəbər verir ki, Musayev bununla bağlı deyib: "Tərlanın mənə qarşı bir səhvi olmayıb. Onun özünə qarşı səhvi olub. Etdiyi səhv ona yaraşmır. Buna görə ondan incimişəm. Etdiyi səhv həm şəxsi, həm futbol fəaliyyəti ilə bağlıdır. İnsan işdə səhvə yol verə bilər. Ancaq həyatda gərək özünə qarşı səhv etməyəsən. Bunu onun böyük qardaşı kimi deməyə haqqım var".

Musayev bildirib ki, yaxın vaxtlarda Əhmədovla görüşəcək: "Onu öz üsullarımla cəzalandıracağam. Amma ona zəng etməməyim, bir çox zənginə cavab verməməyim də Tərlan üçün bir cəzadır. Ona ismarıcımı çatdırmışam. Tərlana böyük dərs oldu. O, gözəl məşqçidir. Onu pis insan kimi də tanımıram. Çünki mən Tərlanla dostluq etməmişəm. Nə vaxtsa birgə çörək yediyim yadıma gəlmir. Onunla ancaq çay içmişik. Amma "Neftçi" və AZAL-da çalışanda gördüm ki, bacarığı var. Mən də ona dəstək olmağı özümə borc bildim. Tərlanın "Neftçi"yə baş məşqçi vəzifəsinə gətirilməsinə peşman deyiləm. O, "Neftçi"də pis nailiyyətlər göstərmir". (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail