Samir Abbasov: "Nə olmuşdusa, oyunadək baş vermişdi"

18.02.2018 | 5055 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XVI turunda doğma meydanda “Neftçi” ilə qarşılaşan “Sumqayıt” 2:0 hesablı qələbə qazandı. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Samir Abbasov jurnalistlərin suallarını cavablandırıb

- Həddən artıq həyəcanlı matç idi. Müəyyən səbəblər, son olaylar daha aqressiv oyuna məcbur etdi. Bu gün özümüzü sübut etməyə çıxmışdıq. Sumqayıt şəhərini təmsil edirik, azərbaycanlı balalarından yığılmış komandayıq, bizimlə də hesablaşın. Uşaqlara demişdim ki, son oyun kimi çıxın, göstərin ki, nəyə qadirsiniz. İmkanım olsaydı, əsas heyətdə özüm də çıxardım. Amma görünür ki, bu gün onlar məndən yaxşı oynadılar. Hamısının alnından öpür, təşəkkürümü bildirirəm. Bu gün oyun barədə danışmaq düzgün deyil. Nə olmuşdusa, oyunadək baş vermişdi ki, bu da belə çıxışa gətirib çıxardı.

- Baş hakimə qarşı aqressiyanız nədən qaynaqlanırdı?

- Səbəb oyundan əvvəl baş verənlər idi. Həmin epizodda topu vurdum. Hakimə dedim ki, belə etmə, onsuz da vəziyyətimiz yaxşı deyil. Referi məni kənarlaşdırmaqda haqlıdır. Mən isə düzgün olmayanı etdim və cəzamı aldım.

- Son olaylar səbəbindən özünüzü tərk edilmiş saymırsınız?

- Əslində bu barədə düşünürdüm. Bu vaxtadək də bir mən idim, bir də komanda.

- Sizə elə gəlmirdi ki, bu, qurulmuş bir ssenari idi ki, "Sumqayıt"ı avrokuboklardan kənarda qoysunlar?

- Bilmirsən ki, danışdıqlarımızı kimə ünvanlayaq? Azərbaycan deyirsinizsə, bu da Azərbaycan komandasıdır. Azərbaycanlı uşaqlardan yığılan kollektivdir. Rəqabət aparırıqsa, meydanda aparaq. “Neftçi”nin futbolçularına qarşı pis fikrim yoxdur. Çoxusu ilə birgə oynamışam, aramızda hörmət var. Klub prezidentimiz gedib, Allah işini avand etsin. Yenə kim gedəcəksə, işləri avand olsun.

- Siz olsaydınız, belə bir vəziyyətdə gedərsiniz?

- Məni kimdi prezident seçən?

- Oyundan əvvəl vitse-prezident ilə saatyarımlıq görüşünüz oldu. Klub rəsmisi ilə nə danışdınız?

- Rəhbərlik narahat idi ki, ruh düşkünlüyü ola bilər. Sadəcə, söhbətdə məqsəd bizi sakitləşdirmək idi. Əslində özümüz artıq motivasiya olmuşduq. Doğrudan da döyüşdük.

- Bundan sonra klubdan yenə kiminsə gedəcəyi gözlənilir?

- Futbolçuları deyə bilmərəm, amma rəhbər işçilərdən kimlərsə gedə bilər. Kamran müəllimlə aramız istidir. Oyundan sonra da məni təbrik etdi. Biz özümüzü oyunqabağı alçalmış kimi hiss edirdik. Qoy, indi kimlərsə özlərini o cür hiss etsinlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail