Cüdoçularımızdan İspaniyada 2 medal

18.02.2018 | 7942 dəfə oxunub

İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib. Stadium.Az Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, beynəlxalq turnirin ilk günündə cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.

Qızlar arasında 44 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Kərimova İspaniya, İtaliya, Fransa və Rusiya cüdoçularına qalib gələrək, finala çıxıb. Həlledici görüşdə İtaliya təmsilçisi Silvio Draqonu məğlub edən Vüsalə İspaniyada çempion olub.

Oğlanların mübarizəsində 50 kq çəki dərəcəsində yarışan Mirağa Hacıyev İsrail, İtaliya, İspaniya, Rusiya və Fransa təmsilçiləri üzərində qələbə qazanaraq finala çıxıb. Finalda İsrail idmançısı Ariel Şulmana uduzan cüdoçumuz gümüş medala layiq görülüb. 

Fuenqirola Avropa kuboku yarışında 36 ölkədən 471 cüdoçu mübarizə aparır.

İspaniya turniri bu il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail