Samir Əliyev: “Qarabağ”ın imkan verdiyi qədər oynadıq"

18.02.2018 | 4192 dəfə oxunub

"Səbail"in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının XVI turunda “Qarabağ”a 1:0 hesabıyla məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Uşaqların çıxışından razı qaldım. Matçdan sonra onları oyuna görə təbrik etdim. "Qarabağ”la “Səbail” eyni səviyyəli komandalar deyil. Yaxşı mübarizə aparmağa çalışdıq. Əlimizdən gələni etdik.

- İki fərqli hissə izlədik. İlk hissədə “Səbail” daha hərəkətli idi. Fasilədən, xüsusilə, 60-cı dəqiqədən sonra komanda daha ləng görünürdü. Bu, yorğunluqla bağlı idi?

- Mən belə düşünmürəm. Əksinə, ikinci hissədə bir neçə dəyişiklikdən sonra daha fəal oynamağa başladıq.

- Komandalar arasında səviyyə fərqinin olduğunu dediz. Ancaq “Qarabağ”la müqayisədə heç də az qol fürsətiniz olmadı...

- Komanda yenidi. Qış fasiləsində kollektivə yeni futbolçular qoşulub. Onların adaptasiyası üçün vaxt lazımdı. Ən azı 7-8 oyun lazımdı ki, onlar komandaya tam uyğunlaşsınlar. Həmin vaxtadək də çempionat bitəcək (gülür). Bu gün biz “Qarabağ”ın imkan verdiyi qədər oynadıq.

- Bu gün “Kəpəz” - “Keşlə” oyununda kimə azarkeşlik edirdiz?

- Düzü, həmin oyunda heç-heçə olmasını istəyirdim. Çünki bizi qarşıda “Qəbələ” ilə çətin matçlar gözləyir. Həm “Keşlə”, həm də “Kəpəz” qış fasiləsində çox gücləniblər. Ancaq biz rəqiblərin yox, öz oyunumuza köklənirik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail