Qurban Qurbanov: "Ümid edirəm ki, “Səbail” digər komandalara qarşı da belə oynayacaq"

18.02.2018 | 3902 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə "Səbail"ə 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Vacib 3 xal qazandıq. Samir Əliyev yaxşı komanda yaradıb. Bizim üçün çətin oldu. Çox nadir hallarda bu cür tempdə oyun izləyirik.

- Miçel yenidən zədələndi?

- Oyun zamanı ağrıları çoxaldı. Meydanda sərt oyun gedirdi. Hiss olunurdu ki, kimsə zədələnəcək. Sonda Miçel zədələndi. Onun vəziyyətinə yaxın günlərdə aydınlıq gələcək. Növbəti matçda oynayıb-oynamayacağını bilmirəm.

- “Qəbələ” ilə oyunla müqayisədə bu matç daha gərgin keçdi...

- “Qəbələ” ilə oyun fərqli idi. Fasilədən sonra ilk matçımız idi. Həmin görüşdə hər hansı kiçik səhvdə bizi cəzalandıra bilərdilər. Bu oyundan açığı həzz aldım. Rəqib çox hücuma keçirdi. Çox nadir hallarda topa bu qədər az sahib oluruq.

- Meydanda sərt oyunun keçməsi futbolçuları əsəbləşdirirdi...

- Bir var sərt, bir də var kobud oyun. Kobud oyun məni bir qədər narahat edirdi. Ümid edirəm ki, “Səbail” digər komandalara qarşı da belə oynayacaq. Çəkinmədən pressinq edirdilər.

- Azərbaycan kubokunun finalı mayın 28-də keçiriləcək. Bir gün sonra millinin oyunu var. Bu barədə nə deyə bilərsiz?

- Bizim aramızda kubokun vaxtı ilə bağlı müzakirə olmayıb. Mən mart ayının proqramını təqdim etdim. Həmin vaxt keçirəcəyimiz oyunların vaxtını 1-2 gün önə çəkəcəyik. Digər matçlar isə olduğu kimi qalacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail