Almeyda: "Bəzən yaxşı oynasaq belə, qalib gəlmək alınmır" - MÜSAHİBƏ

19.02.2018 | 3838 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Riçard Almeyda ölkə çempionatının XVI turunda "Səbail"lə keçirilən matçdan sonra (1:0) jurnalistlərin suallarını cavablandırıb:

- Əvvəlcə oyun haqda danışardınız...

- Bilirdik ki, "Səbail"lə matç çətin keçəcək. Çünki süni örtüklü meydanda oynayırdıq. Buna baxmayaraq, lazım olan 3 xalı qazandıq. Bir daha göründü ki, çempionatda asan matç yoxdu. Növbəti oyunumuzu evdə "Kəpəz"ə qarşı keçirəcəyik. Həmin görüşdə də qələbəyə ümid edirik.

- "Səbail"ə qarşı oyununuz alınmır. Bugünkü matçda çətinliklə üzləşməyiniz hava şəraiti ilə bağlıdı, yoxsa meydan amili?

- Bizimlə matçda bütün komandalar fərqli oyun göstərirlər. Bundan əvvəlki görüşdə, yəni "Qəbələ" ilə qarşılaşmada yaxşı təsir bağışlamışdıq. Amma bəzən yaxşı oynasaq belə, qalib gəlmək alınmır. 

- "Qarabağ" Dino Ndlovunun gedişindən sonra son nöqtəni qoymaqda çətinlik çəkir. Bununla razısızmı?

- Dino yaxşı futbolçudu. Amma razılaşaq ki, onun da qol imkanlarını boşa verdiyi anlar olurdu. Mahir cavandı, dəstək olmalıyıq. Bu gün fərqləndi, ancaq daha çox qol vura bilərdi. Ronaldo kimi böyük futbolçular da qol şansını qaçırdır.

- "Qəbələ" ilə matçda daha çox çətinliklə üzləşdiniz, yoxsa bu gün?

- Hansısa görüşdə əziyyət çəkdiyimizi deməzdim. Sadəcə, istədiklərimizi göstərməyə çalışırıq. Əsas odu ki, nəticəyə nail oluruq. 

- "Qarabağ"a böyük ümidlərlə gətirilən Ramil Şeydayev gününü ehtiyat oyunçular skamyasında keçirir. O, oynamağa layiq deyil?

- Ramil gələndən üzərində çalışır. Məşq etməyi sevən futbolçudu. Amma kimin oynamalı olması ilə bağlı qərarı baş məşqçi verir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail