Yuri Maksimovun ilk qələbəsi

19.02.2018 | 3726 dəfə oxunub

Bakının “Keşlə” klubu Azərbaycan çempionatlarında 300-cü səfər qolunu vurub.

Stadium.Az xəbər verir ki, Premyer Liqanın XVI turunun “Kəpəz”lə Gəncədəki qarşılaşmasına təsadüf edən yubiley topunun müəllifi Fuad Bayramov olub.

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən paytaxt təmsilçisi rəqib meydanlarında 300 və daha çox qol vuran 4-cü komandadır. 300-cü qolu 251-ci səfər matçında vuran bakılılara qədər “Neftçi”, “Qarabağ” və “Kəpəz” bunu bacarıb. “Keşlə”nin səfərdəki məhsuldarlığı 1,20—yə bərabərdir.

“Keşlə” Bayramovun qolu 1:0 hesabı ilə qalib gəlib. 11 oyunluq qələbə həsrətinə son qoyan komanda indiki adı altında və yeni baş məşqçisi Yuri Maksimovla ilk dəfə 3 xal əldə edib. Paytaxt klubu son qələbəsini 162 gün öncə 2017-ci il sentyabrın 9-da “Kəpəz”lə ev matçında qazanmışdı – 3:2. Bundan sonrakı 11 görüşdə 3 heç-heçəsi olan komanda 8 dəfə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail