Şenol Günəş: "Turu keçsək, fantastik nəticə olar"

19.02.2018 | 4426 dəfə oxunub

"Bavariya"nın cütün favoriti olduğunu bilirik. Bizim üçün çətin sınaq olacaq. Onları mümkün olduğu qədər çətin vəziyyətə salmaq istəyirik".

Stadium.Az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Bavariya" ilə qarşılaşacaq "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş deyib. 

UEFA-nın rəsmi saytına danışan təcrübəli mütəxəssis alman nəhəngini ÇL-dən kənarlaşdırmaq gücündə olduqlarını istisna etməyib: "Bavariya"nı keçə bilərik. Amma bu, bizim onlardan daha yaxşı komanda olduğumuz demək deyil. Uğur qazanmaq istəyiriksə, yaxşı hazırlaşmalıyıq".

Günəş "Bavariya"ya məğlubiyyəti faciə kimi görməyəcəklərini bildirib: "Rəqibin heyətindəki futbolçular dünya ulduzlarıdır. Ancaq bizim də yaxşı oyunçularımız var. Komandamdan sadəcə nələr edə bildiklərini, bacarıqlarını və xarakter göstərmələrini istəyirəm. Turu keçsək, fantastik nəticə olar. Amma uduzsaq, bu, dünyanın sonu demək deyil".

Sabah keçiriləcək "Bavariya" - "Beşiktaş" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail