Dieqo Koşta: "Hakimlər mənə nifrət edir"

19.02.2018 | 4969 dəfə oxunub

"Atletiko"nun hücumçusu Diyeqo Koşta La Liqasının 24-cü turunda "Atletik"ə qarşı oyundan sonra (2:0) fikirlərini bölüşüb. Stadium.Az xəbər verir ki, İspaniya millisinin üzvü bunları deyib:

"Atletiko" evdə rəqiblərinə qarşı əla oynayır. Fikrimcə, mənə qarşı qayda pozuntusuna penalti verilməli idi. Qapıya zərbə endirməyə çalışanda "Atletik" futbolçusu ayağımın üstünə tullandı. Təmas müvazinaətimi itirməyimə səbəb oldu. Penalti təyin etməmək hakimin qərarı idi. Şikayət etməyə hazırlaşmıram.

Koşta onun ofsaydda olduğunu qeydə alan yan xətt hakiminə jestlərinə görə sarı vərəqə almasına da münasibət bildirib.

"İşin nə yerdə olduğunu bilirisiz. Hakimlər mənə nifrət edir. Bunu dəyişməyin yolu yoxdur. Hamısı olmasa da, bir sıra hakimlər mənə xırda hərəkətlərə görə sarı vərəqə göstərirlər."Atletik"lə oyunda referi məni cəzalandırmaq istəyirdi, vəssalam. Həmin epizodun təkrarına baxsaz, kəskin formada etiraz etmədiyimi görərsiniz. Sadəcə hakim məni cəzalandırmaq həvəsində idi" - Koşta deyib.

"Atletiko" - "Atletik" matçını Xose Luis Qonzales Qonzales idarə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail